Prezident İlham Əliyev “Böyükşor” yarımstansiyasının açılışında iştirak edib
17.07.2020 [08:04]
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım yarımstansiya ilə tanış olublar.
“Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyanın texniki göstəriciləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Bildirilib ki, yeni tikilən “Böyükşor” yarımstansiyasının gərginliyi 220/110/10 kV, gücü isə 750 MVA-dır. Yarımstansiyanın müasir idarəetmə sistemi ilə təchiz edilən mərkəzi idarəetmə otağında iş prosesinə real zaman rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə micro-SCADA sistemi quraşdırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.
“Böyükşor” yarımstansiyası Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. Bu yarımstansiya, eyni zamanda, mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək.
Yeni yarımstansiya qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi də nəzərə alınıb. Yaxın vaxtlara qədər Bakının mərkəz hissəsinin şimal zonasının elektrik enerjisi ilə təchizatı “Xırdalan” yarımstansiyasından çıxan xətlər və 8 yarımstansiya vasitəsi ilə həyata keçirilirdi ki, bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında bəzi çətinliklər yaradırdı. “Böyükşor” yarımstansiyasının istifadəyə verilməsi ilə bu məsələ artıq həllini tapıb. Yarımstansiyada üç müasir transformator quraşdırılıb, mövcud 2-ci “Hövsan” və 3-cü “Ramana” hava xətlərinin yarımstansiyaya giriş-çıxışı təmin edilib. Hazırda “Binəqədi” yarımstansiyasının yüklənməsini azaltmaq və etibarlılığını yüksəltmək məqsədilə bu yarımstansiyaya kabel xətlərinin çəkilişi davam edir.
Qeyd edək ki, son iki ilə qədər Bakıda və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi. Onların dördü istismar müddətini başa vurmuşdu. Ötən iki ildə isə “Böyükşor” yarımstansiyası və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilib. Beləliklə, Bakı şəhərindəki 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyadan ikisində - “Müşfiq” və “Xırdalan” yarımstansiyalarında yenidənqurma işləri tamamlanıb, “Nizami” və “Hövsan” yarımstansiyalarında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51

