Regionların inkişafı ilə bağlı sistemli tədbirlər intensivləşib
05.05.2010 [10:32]
Regionların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər 2010-cu ilin əvvəllərindən başlayaraq daha dinamik xarakter alıb. 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı tədbirlər planı bütün bölgələrdə intensiv şəkildə həyata keçirilməkdədir. Azərbaycan hökuməti bölgələrin tarazlı və bərabər şəkildə inkişaf etməsi, həmçinin, rayonlarda genişmiqyaslı quruculuq işlərinin intensiv xarakter alması və maliyyə dəstəyinin artırılması ilə bağlı davamlı addımlar atır. Bunun nəticəsidir ki, hər bir rayonda sosial-iqtisadi inkişafı sürətləndirmək üçün həyata keçirilən layihələrin həm maliyyə, həm də texniki təminatı tam şəkildə təşkil edilib. Bu faktor isə regional siyasətin miqyas baxımından daha əhatəli olmasını şərtləndirir.
Prezident İlham Əliyevin regionların inkişafı ilə bağlı sistemli tədbirlərin həyata keçirilməsini daim nəzarətdə saxlaması, hər bir rayon üzrə davam etdirilən infrastruktur layihələrinin reallaşmasını, sosial obyektlərin tikintisini, məktəblərin, xəstəxanaların, digər obyektlərin təmir və bərpasını, bölgələrin inkişafı ilə bağlı bütün zəruri işləri mütəmadi olaraq izləməsi isə regionların yüksək sıçrayışına böyük impuls verməkdədir. Dövlət başçısının ardıcıl olaraq rayonlara səfər etməsi və bölgələrdə irimiqyaslı infrastruktur layihələrinin, istehsal və emal müəssisələrinin həyata keçirilməsi vəziyyəti ilə tanış olması, abadlıq, quruculuq işlərinin sürətlənməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verməsi regional siyasətin daha pozitiv xarakter almasına səbəb olur.
Dövlət başçısının qeyd etdiyi kimi, bu strategiya bölgələrin və ümumilikdə respublikamızın inkişafına yol açır: “ölkəmiz, ümumiyyətlə, inkişaf dövrünü yaşayır. Bütün bölgələrdə quruculuq işləri aparılır. Azərbaycan inamla irəliyə gedir. Qarşıda duran bütün vəzifələr icra olunur. Bütün investisiya layihələri icra edilir. Bütün sosial məsələlər öz həllini tapır. Mən istəyirəm ki, daha da sürətlə inkişaf olsun. ölkəmizin bütün problemləri həll olunmalıdır. Mən bunu istəyirəm və biz bu yolda çox vacib addımlar atırıq. Artıq yaxşı nəticələr vardır və elə etməliyik ki, ölkəmizin inkişafı bölgələrin inkişafı hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət, şərait baxımından böyük şəhərlərdə olan vəziyyətə yaxın olsun”.
Bölgələrdə infrastrukturun inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahibkarlığa dövlət dəstəyinin artırılması nəticəsində rəqabət qabiliyyətli məhsul istehsal edən güclü sahibkarlar təbəqəsinin formalaşmasını da möhkəmləndirib. Hökumətin sahibkarlara güzəştli şərtlərlə kredit verilməsini gücləndirməsi isə onların sayının ən yüksək səviyyəyə çatmasına səbəb olub. Bu faktor bölgələrdə istehsal müəssisələrinin sayının artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni Dövlət Proqramının birinci ilinin icrası bütün bölgələrdə genişmiqyaslı tədbirlərin davam etdirilməsi ilə xarakterizə oluna bilər. Proqrama uyğun olaraq, ötən bir il ərzində paytaxtda və rayonlarda abadlıq, quruculuq, yenidənqurma işləri sürətləndirilib. İnfrastruktur təminatının yaxşılaşması üçün mühüm addımlar atılıb. Bütün bölgələrdə geniş və əhatəli layihələrin həyata keçirilməsi Dövlət Proqramında nəzərdə tutulmuş kompleks tədbirlərin uğurlu icra olunduğunu şərtləndirmiş olur. 2009-2013-cü illəri əhatə edən yeni proqramda iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub.
Prezident İlham Əliyev bildirib ki, həyata keçirilən radikal islahatlar strategiyası nəticəsində iqtisadiyyatın modernizasiyası dərinləşəcək, ölkəmizin maliyyə-valyuta ehtiyatları artacaq və makroqtisadi dayanıqlıq potensialının yaradılması sayəsində regionların inkişafı ilə bağlı dinamika sürətlənəcək. “Biz elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə qədər həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi 2013-cü ildə başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri səhiyyə sistemindəki islahatlardır və yüksəksəviyyəli tibbi xidmətin göstərilməsidir. Digər əsas məsələlər təhsil sistemində həm maddi-texniki bazanın gücləndirilməsi, məktəblərin tikintisi, həm də ki, təhsilin keyfiyyətinin artırılması, elektrik enerjisi, qaz, içməli su, kanalizasiya problemlərinin tam şəkildə həll olunmasıdır. Bu planlar da vardır və əminəm ki, biz onları 2013-cü ilə qədər icra edəcəyik”.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

