/ / Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir
08.06.2010 [14:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyə Respublikasına işgüzar səfərə gedib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olub.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığın regional əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, təbii qazla bağlı imzalanacaq sənədlər Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində uğurlu əməkdaşlıqda yeni bir mərhələ olacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edərək hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.
* * *
Dünən İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında təbii qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirilib və bu sənədlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Türkyə arasında energetika sahəsində və bütün digər sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edib, bu hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığını çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.
* * *
Dünən İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan ilə Türkiyə arasında sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qazın satışı və nəqli sahəsində Anlaşma Memorandumunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın idarə heyətinin sədri Fazil Şenel imzalayıblar.
Azərbaycandan Türkiyəyə və Türkiyə ər
azisindən təbii qazın satışı və nəqlinə dair Bəyannaməni, Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız imzalayıblar.
İmzalanma mərasimi başa çatdıqdan sonra fotoşəkil çəkdirilib.
* * *
İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Makedoniya Prezidenti Gyorge İvanovun görüşü olub.
Görüşdə Azərbaycan ilə Makedoniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirilib. ölkələrimiz arasında müəyyən oxşar cəhətlərin olduğunu vurğulayan dövlət başçıları iqtisadiyyat, turizm və digər sahələrdə əməkdaşlığın faydalı olacağını və əlaqələri inkişaf etdirməyin məqsədəuyğunluğunu bildiriblər.
Makedoniya Prezidenti ölkəsinin Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək arzusunda olduğunu bəyan edib.
Görüşdə ölkələrimizin müəyyən məsələlərdə bir-birinə dəstək verdiyi də qeyd olunub.
* * *
İstanbulda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları gəmi ilə Bosfor boğazında gəzintiyə çıxıblar.
Sonra “Dolmabaxça” sarayında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın adından dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.
Azərbaycan Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44

