Azərbaycanın inkişaf etmiş ölkə kimi reytinqi yüksəlməkdədir
12.06.2010 [02:56]
Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları ilə bağlı ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, bütün iqtisadi bölmələrdə “bir pəncərə” sisteminin tətbiq edilməsi, investorların hüquq və maraqlarının qorunması, onlar üçün cəlbedici sərmayə atmosferinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən davamlı islahatlar respublikamızın reytinqinin yüksəlməsinə səbəb olub. Dünyanın ən nüfuzlu maliyyə institutları və reytinq agentlikləri respublikamızdakı mövcud vəziyyəti qiymətləndirərək Azərbaycanı ən islahatçı və dinamik inkişaf edən stabil dövlət kimi xarakterizə edirlər.
Son bir ildə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Fitç İbka”, “Standard ənd Poor’s” və digər beynəxalq maliyyə qurumlarının qiymətləndirmələrində, eləcə də, proqnozlarında Azərbaycandakı maliyyə və makroiqtisadi sabitlik, iqtisadi inkişaf, sistemli islahatlar kursu və digər makroiqtisadi indikatorlar təqdir olunub. Bir neçə ay əvvəl ən mötəbər beynəlxalq maliyyə qurumlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirib. Qurum ölkəmizi rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə, MDB məkanında lider dövlət elan edib.
ötən ay isə “Fitch Ratings” təşkilatı Azərbaycanın reytinqini yüksəldərək respublikamızla bağlı təyin etdiyi uzunmüddətli “BB+” reytinqini “BBB-” səviyyəsində müəyyən edib. “Fitch Ratings” agentliyi yeni reytinqin müəyyənləşməsində ölkəmizin iqtisadi, invesitisiya, maliyyə sabitliyinin dözümlü olmasını, iqtisadiyyatın inkişaf dinamikasının stabil artım templəri ilə davam etməsini başlıca elementlər kimi qəbul edib. Eyni zamanda, qurum yeni reytinq təyin olunarkən neft gəlirlərinin sürətlə artmasını və həmin vəsaitlərin güclü daxili və xarici netto-kreditor mövqeyinin formalaşması məqsədilə səmərəli idarə olunmasını əsas amillər kimi nəzərə alıb. ölkəmiz üçün beynəlxalq səviyyəli investisiya reytinqi hesab olunan “BBB-” uzunmüddətli sərmayə qoyuluşlarının daha da genişlənməsinə əlverişli zəmin yaratmış olur.
ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsini, reytinq vəziyyətinin yaxşılaşmasını təqdir edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə və reytinq təşkilatları tərəfindən ardıcıl olaraq yüksək qiymətləndirilməsinin başlıca səbəbi hökumətin həyata keçirdiyi kompleks, davamlı islahatların geniş miqyas alması və düşünülmüş məntiqli siyasətdir: “İqtisadi islahatlarımızın dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsi onu bir daha göstərir ki, bizim uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Əlbəttə ki, biz energetika amilindən istifadə edirik və edəcəyik. Ancaq dünyada və bölgədə bizdən qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də var. Bu böhranlı aylar onu göstərir ki, bu amil həlledici rol oynamır. Həlledici rol oynayan amillər düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir”.
Dünyanın nəhəng maliyyə institutları respublikamızda inkişaf tempinin davamlılığına diqqət çəkərək makroiqtisadi sabitlik göstəriciləri üzrə yüksək nəticələr əldə edilməsini, maliyyə sabitliyinin və uzunmüddətli inkişaf strategiyasının təmin olunmasını hökumətin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurlarının təzahürü kimi dəyərləndirir. Beynəxalq maliyyə qurumlarının qiymətləndirmələrində, eləcə də, proqnozlarında Azərbaycandakı maliyyə və makroiqtisadi sabitlik, iqtisadi inkişaf və digər indikatorlar təqdir olunur. Azərbaycanın inkişaf etmiş ölkə statusuna malik olması xüsusilə vurğulanır.
Maliyyə qurumlarının təhlillərində daha çox nəzərə çarpan komponentlərdən biri ölkəmizdəki şəffaf biznes mühiti ilə bağlıdır. Beynəlxalq təşkilatlar respublikamızda xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferasını dəyərləndirərək bu faktorun investisiya fəallığına əlverişli zəmin yaratdığını bildirirlər. Onların qənaətinə görə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

