Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib

08.07.2010 [16:25]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Dövlətimizin başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirib. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib. Xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan Prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu deyib. Prezident İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 1096 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31