2010-cu ilin ilk 6 ayı ərzində Azərbaycana 3,8 milyard dollar sərmayə qoyulub
17.07.2010 [11:15]
2010-cu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatında dinamik inkişaf meyillərinin müşahidə olunması respublikamızın maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. Eyni zamanda, böhran resessiyalarının dünya iqtisadiyyatında hələ də davam etməsinə baxmayaraq, Azərbaycanda dinamik inkişaf bütün sahələrə əsaslı kapital qoyuluşlarını stimullaşdırıb. İlin əvvəllərindən başlayaraq iqtisadi və sosial bölmələrdəki infrastruktur layihələrinin maliyyələşdirilməsi intensiv xarakter alıb.
Respublikamızda investisiya fəallığının yüksəlməsi həm yerli sərmayələrin, həm də xarici investisiyaların həcminin artmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən yaradılan əlverişli biznes mühiti sərmayə qoyuluşlarının həcminin artması ilə yanaşı, onun strukturunun genişlənməsinə imkan verib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, respublikamızda investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradılıb və bu faktor sərmayə proqramlarının miqyasının artmasında özünü göstərir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir: “Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edir və bu il də biz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdur və bunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir”.
Böhranla bağlı MDB və Avropa dövlətlərinin əksəriyyətində bir sıra investisiya layihələrinin icrası dayandırılsa da, ölkəmizdə sərmayələrin davamlılığı təmin olunub. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə, bölgədə xüsusi üstünlüyə malikdir. Sərmayələrin çəkisində daxili maliyyə resurslarının xüsusi artımı hiss olunur ki, bu da ölkəmizin güclü maliyyə bazasına malik olmasının əsas göstəricisindən biri sayıla bilər. 2010-cu ilin birinci yarısında ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların 75 faizindən çoxunu Azərbaycanın yerli maliyyə resursları təşkil edir. Göründüyü kimi, yerli şirkətlərin inkişaf etməsi və onların imkanlarının yüksəlməsi, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin və hökumətin ayırdığı kreditlərin və subsidiyaların çoxalması, həmçinin, digər məqsədyönlü tədbirlər ölkəmizin maliyyə qüdrətinin artmasına səbəb olub.
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizə məxsus iri şirkətlərin fəaliyyətinin güclənməsi, onların rəqabət qabiliyyətli məhsul istehsal edərək bazarda böyük nüfuz qazanması və güclü maliyyə ehtiyatlarına malik olması daxili sərmayə qoyuluşlarına öz mühüm təsirini göstərməkdədir: “Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır”.
İnvestisiyalar ölkəmizdə güclü infrastruktur layihələrinin icrasına, yeni yolların və körpülərin tikintisinə, elektrik stansiyalarının və mühüm sosial obyektlərin yaradılmasına və digər layihələrə yönəldilib. Sosial obyektlərin tikintisi, məsələn, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr investisiya siyasətinin əsas istiqamətlərini təşkil edib. Məsələn, birinci yarımillikdə kommunal və nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 1 milyard 84 milyon manat, o cümlədən, elektrik enerjisi infrastrukturlarının tikintisi üçün 59,7 milyon manat, regionların içməli su və suvarma-drenaj infrastrukturlarının bərpası və yenidən qurulması üçün 99,8 milyon manat, respublika əhəmiyyətli avtomobil yollarının və yol infrastrukturlarının tikintisi və yenidən qurulmasına 660 milyon manat, Bakı Metropoliteninin yeraltı nəqliyyat obyektlərinin tikintisi və metro üçün avadanlığın alınmasına 53,8 milyon manat vəsait yönəldilib. Bundan başqa, Dövlət Neft Fondunun vəsaitləri hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəmərinin, Bakı-Tbilisi-Qars dəmiryolunun çəkilişi üzrə layihələrinin həyata keçirilməsi üçün 163 milyon manatdan artıq kapital sərf olunub.
Qeyd etdiyimiz kimi, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti xarici investisiyaların həcminin artmasında xüsusi rol oynayıb. Xarici investorların fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti onları ən iri layihələrə kapital yatırmağa həvəsləndirib. Bunun nəticəsidir ki, xarici ölkələrin ən nüfuzlu şirkətləri Azərbaycanda böyük həcmli investisiya proqramlarını həyata keçirməkdədir. Hazırda, Qafqaz regionunda reallaşdırılan ən mühüm investisiya layihələri də Azərbaycanı əhatə edir. ümumiyyətlə, investisiya layihələrinin böyük hissəsi qeyri-neft sektorunu əhatə edib ki, bu da həmin bölmənin inkişafında mühüm rol oynayır. Neftdən kənar sahələrə sərmayə axınlarının intensivləşməsi isə ölkəmizdə iqtisadiyyatın modernizasiyasını dərinləşdirir ki, bu da xarici şirkətlərin respublikamızda fəaliyyətini stimullaşdırmış olur.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

