Qazaxıstanda Ukrayna ssenarisi təkrarlana bilərmi?
12.01.2022 [10:01]
Nurlan
Qazaxıstan hadisələri beynəlxalq siyasi gündəmin əsas mövzusudur. Proseslərlə əlaqədar müxtəlif fikir və rəylər səsləndirilir. Bir qisim analitik qeyd edir ki, bu hadisələr ABŞ ilə Rusiya arasında geosiyasi mübarizənin növbəti təzahürüdür və gərginliyin davam etməsi, hətta şiddətlənməsi gözləniləndir. Bəzi ekspertlər isə belə qənaətdədirlər ki, proseslər konkret ssenari əsasında və böyük güc mərkəzlərinin müəyyən razılaşması çərçivəsində cərəyan edir. Təbii ki, geosiyasi proseslər sürətlə cərəyan edir və gözlənilməz hallar meydana çıxa bilər. Bütün hallarda Qazaxıstan hadisələri Mərkəzi Asiyada və Avrasiyada yeni geosiyasi mexanizmin formalaşmasında mühüm rol oynayacaq. Ekspertlərin qənaəti isə budur ki, burada əsas qüvvələr Rusiya, kollektiv Qərb (Birləşmiş Ştatlar və Avropa) və Çindir.
Gərginlik artacaqmı?
Yeri gəlmişkən, “CNN” NATO-nun Ukraynanı silahlandırdığı barədə iddia xarakterli məlumat yayıb, ekspertlər isə bunun qarşıdurmanı artıra biləcəyini ifadə edirlər. Onlar bu prosesin fonunda Qazaxıstan cəbhəsində də vəziyyətin gərginləşəcəyinə dair ehtimallar irəli sürürlər. Hətta paralellik aparılaraq belə bir sual verilir: Qazaxıstanda Ukrayna ssenarisi təkrarlana bilərmi? Əlbəttə, Qazaxıstan hadisələri ilə Ukrayna prosesləri arasında kifayət qədər ciddi fərqlər var. Birincisi, təbii-coğrafi amil, yəni ölkələrin yerləşdikləri ərazi böyük güclərin mübarizəsinin fərqli müstəvidə cərəyan etməsini şərtləndirir. İkincisi, geosiyasi şərait tamamilə fərqlidir. Üçüncüsü isə, Ukrayna NATO-ya üzvlük uğrunda mübarizə aparsa da, Qazaxıstanın hərbi-siyasi təhlükəsizliklə bağlı yanaşması başqa cürdür.
Rusiya və Qərbə əlavə qarşıdurma lazım deyil
Siyasi şərhçi İlqar Vəlizadə “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Qazaxıstanda Ukrayna ssenarisinin təkrarlanması mümkün deyil. O, Rusiya və Qərbə əlavə qarşıdurmanın lazım olmadığını bildirib: “Qazaxıstandakı proseslər məxsusidir, Ukrayna hadisələrindən tamamilə fərqlənir. Hadisələr zamanı Ukrayna KTMT üzvü deyildi, Qərbə inteqrasiya - NATO-ya üzvlük yolu tutmuşdu, seçimini və məqsədini aydın ifadə edirdi. Qazaxıstan hakimiyyətinin özü KTMT-ni ölkəyə dəvət etdi. Göründüyü kimi, iki ölkə ilə əlaqədar situasiya tamamilə fərqlidir”.
Qərb reallıqdan çıxış etməyə çalışır və hadisələrə bir o qədər də müdaxilə etmir
İ.Vəlizadə əlavə edib ki, ümumiyyətlə, güc mərkəzləri tərəfindən bəzi ölkələr üzərində rəqabət açıq şəkildə aparılır, siyasi elitanın dəyişdirilməsi ilə bu və ya digər ölkəni nəzarət altına almaq mümkün olur: “Qərb bəzi ölkələrdə buna nail olsa da, bir qismində müvəffəq ola bilmir. Məsələn, Suriyada siyasi rejimi dəyişdirə bilmədilər. Qazaxıstana gəlincə, Qərbin belə bir niyyətinin olmadığı görünür. Orada işləyəcəkləri qüvvə yoxdur, ona görə də iqtidarda olan qüvvələrlə işləməlidirlər. Yeri gəlmişkən, Qərb Qazaxıstandan istədiklərini alıb və alır. Neft-qaz sahəsində aparıcı şirkətlər onlara məxsusdur, əsas investorlar Qərb sərmayədarlarıdır. Bundan artıq nə istəyə bilərlər? Aydındır, düşünürlər ki, Qazaxıstan qərbpərəst ölkə ola bilməz, ən azı ona görə ki, bu halda həm Rusiya, həm də Çin ilə üz-üzə gələr. Bu isə geosiyasi fəlakət olar. Ona görə də Qərb dairələri reallıqdan çıxış etməyə çalışırlar və hadisələrə bir o qədər də müdaxilə etmirlər”.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

