/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın görüşü olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Rusiyanın birinci xanımı Svetlana Medvedevanın görüşü olub
04.09.2010 [09:47]
Hörmətli qonaqlara gül dəstələri təqdim edilib.
Müəssisə ilə tanış olan Rusiyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib, bütün Şərqdə məşhur olduğunu bildiriblər. Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı “Azər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.
Vurğulanıb ki, keçən il “Azər-İlmə” Avropanın Biznes Assambleyasının “United Europe” və “XXI əsrin liderləri” beynəlxalq imic proqramının “European Quality” nüfuzlu mükafatına da layiq görülüb. Azərbaycanın və Rusiyanın birinci xanımları qalereyanın açıq səma altında nümayiş etdirilən zəngin eksponatlarına baxıblar, boyama, toxuma prosesini maraqla izlədilər, xalçaçı qızlarla səmimi söhbət ediblər. Xanım Svetlana Medvedeva xalçaçı qızların köməyi ilə original kompozisiyalı xalçaya bir neçə ilmə də vurub və bunun çox çətin, incə peşə olduğunu söyləyib.
Dövlət başçılarının xanımları xalçaçı qızlara işlərində uğurlar arzulayıblar.
Rusiyanın birinci xanımı qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Sərgi qonaqda böyük maraq oyadıb.
“Azərbaycan xalçası qalereyası”nda nümayiş olunan “Azərbaycanın tarixi xalçaçılıq məktəbləri” ipək xalı xəritəsi də yüksək bədii tərtibatı ilə qonağı məftun edib.
Svetlana Medvedeva qalereyanın xatirə kitabına ürək sözlərini yazıb.
Hörmətli qonağa xatirə hədiyyəsi təqdim edilib.
Xanım Svetlana Medvedeva Mehriban xan
ım Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin ekspozisiyasına tamaşa edib. Qonağa məlumat verilib ki, buradakı ekspozisiyanın əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 1000-ədək işi toplanıb. Bildirilib ki, muzeyin beynəlxalq əlaqələri də genişlənir. Bu mədəniyyət ocağı 2011-ci ildə 47 ölkənin təmsilçisinin qatılacağı Avropa müasir incəsənət muzeylərinin müsabiqəsində iştirak etmək niyyətindədir. Qonaq Azərbaycanın xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, ömər Eldarov, Nadir Əbdürrəhmanov, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil edilmiş bir çox fırça ustası və heykəltəraşın əsərləri ilə tanış olub. Rusiyanın birinci xanımı muzeydə Mehriban xanım Əliyevanın mayın sonlarında Bakıda keçirilmiş “Qız qalası” Beynəlxalq incəsənət festivalına təqdim etdiyi əsərinə maraqla tamaşa edib. Mehriban xanım Əliyevanın əsərində bir sıra ölkələrin müxtəlif tarixi və mədəniyyət abidələri əks etdirilib. Əsərin üzərində isə mədəni irsin qorunmasına rəmzi çağırış mənasını daşıyan çətir qurulub. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu əsəri ilə bütün dünyanı mədəni irsin qorunmasına çağırıb.
Qərbi Avropa incəsənəti salonunda isə Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərləri nümayiş etdirilir. Dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir. Muzeydə 800-ədək rəsm işi ilə yanaşı, 200-dən çox heykəltəraşlıq nümunəsi də nümayiş etdirilir.
Qonaq muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Rusiyanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub. Xanım Svetlana Medvedeva da Mehriban xanım Əliyevaya hədiyyə təqdim edib. Rusiya Prezidentinin xanımı muzeyin əməkdaşlarına təşəkkürünü bildirərək, buradan zəngin təəssüratlarla ayrılıb.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, Fondun reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi qeyd edərək, Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti haqqında məlumat verərək, qurumun bir sıra iri layihələr həyata keçirdiyini söyləyib. Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparılıb. Birinci xanımlar Fondlar arasında əlaqələrin inkişafı ilə bağlı razılığa gəliblər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulanıb. Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri təqdim edib. Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrılıb.
Xəbər lenti
Hamısına baxSosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47

