ABŞ Prezidenti Azərbaycanda görülən işləri yüksək qiymətləndirib
29.09.2010 [09:42]
Regionda aparıcı dövlət olan Azərbaycanın atdığı addımlar, ölkə daxilində gedən siyasi-iqtisadi proseslər bir sıra dövlətlər, o cümlədən, ABŞ-da diqqətlə izlənilir. Cənubi Qafqaz regionundakı ən yaxın strateji tərəfdaşı kimi Azərbaycanın bölgədəki siyasi və iqtisadi nüfuzunun artması, ölkəmizin qazandığı uğurlar ABŞ rəsmi dairələrinin hər zaman diqqət mərkəzindədir. ABŞ-ın bölgədəki maraqlarının təmin olunması xeyli dərəcədə bu ölkənin Azərbaycanla olan münasibətlərinin inkişaf səviyyəsindən və ölkəmizin artan qüdrətindən asılıdır. Bu səbəbdən, ABŞ Azərbaycanda gedən inkişaf prosesinə böyük önəm verir və bu məsələ iki ölkə prezidentləri arasında bir neçə gün öncə Nyu-Yorkda baş tutan görüşdə dilə gətirilib. Belə ki, Prezident Barak Obama Azərbaycanla ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edib. ABŞ-ın dövlət başçısı Prezident İlham Əliyevin liderlik rolunu xüsusi qeyd edərək Azərbaycanın regiondakı əhəmiyyətini də vurğulayıb: “Azərbaycan regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biridir”.
Qeyd etmək lazımdır ki, ABŞ dövlət başçısının bu məqama xüsusi diqqət yetirməsi heç də təsadüfi deyil. Azərbaycan həqiqətən də, son illərdə regionda olduqca aktiv siyasət yeridir. ölkəmiz ikitərəfli və çoxtərəfli əlaqələr quraraq başqa dövlətlərlə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq əlaqələri yaradıb. Bu əlaqələrin, eləcə də, ölkə rəhbərliyinin respublikanın əlverişli strateji mövqeyini düzgün dəyərləndirməsinin nəticəsi olaraq bu gün Azərbaycan bölgənin siyasi, iqtisadi həyatında aparıcı rol oynayır. Bütün bunların gerçəkləşməsinin əsasında Prezident İlham Əliyevin hərtərəfli düşünülmüş və uzaqgörən siyasəti dayanır. ümummilli liderimizin müəyyənləşdirdiyi kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük nailiyyətlər qazanıb. Təkcə onu demək kifayətdir ki, Ulu öndərin əsasını qoyduğu işi uğurla davam etdirən dövlət başçısı İlham Əliyev regionun bu günü və gələcəyi üçün olduqca əhəmiyyətli olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz layihələrinin gerçəkləşməsinə nail olub. Bununla da, mühüm təchizatçı və tranzit ölkə olan Azərbaycan Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynayır. Azərbaycan şirkətləri müxtəlif dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır. Eyni zamanda, ölkəmizin maliyyə imkanlarının artması nəticəsində Azərbaycan tədricən donor ölkə kimi tanınmağa başlayıb. Bütün bunlar Azərbaycanın region üçün nə qədər böyük önəm daşıyan bir ölkə olduğunu göstərir.
Respublikamızın bugünkü sürətli inkişafına şərait yaradan ən vacib amil məqsədyönlü xarici siyasətə paralel olaraq uğurlu daxili siyasi kursun həyata keçirilməsidir. Belə ki, həyata keçirilən islahatlar sayəsində ölkədə bütün sahələr üzrə sabit və davamlı inkişaf müşahidə olunur. Son 5 ildə isə Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada ön sıralarda dayanır. Sözsüz ki, sürətli inkişaf birbaşa olaraq əhalinin sosial-maddi rifahına da müsbət təsir göstərir. Dövlətin həyata keçirdiyi sosialyönümlü tədbirlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib. Qeyd etdiyimiz kimi, Azərbaycanın sabit və inamlı inkişafının əsasında məhz ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər, eləcə də, dövlət təsisatlarının səmərəli iş strukturunun qurulması və fəaliyyəti mühüm rol oynayır. Təsadüfi deyil ki, dövlət başçılarının görüşü zamanı ABŞ Prezidenti Barak Obama Azərbaycanda görülən işlərin nəticəsini yüksək qiymətləndirib: “Güclü təsisatlar Azərbaycanda iqtisadi artım və sabitliyə kömək edib”.
Görüşdə, həmçinin, Azərbaycanda gedən demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi də aparılıb. Bildiyimiz kimi, demokratik inkişaf yolunu seçən Azərbaycanda həyata keçirilən sosial, siyasi və iqtisadi sahədə islahatlar nəticəsində ölkədə demokratik prinsiplər bərqərar olub. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət, siyasi plüralizm mövcuddur, iqtisadi sahədə isə azad rəqabət mühiti və sahibkarların sərbəst fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bütün bunların əsasında isə dövlət başçısının bilavasitə rəhbərliyi ilə görülən işlər dayanır. Demokratik prinsipləri əsas sayan bir ölkənin rəhbəri olaraq Barak Obamanın Prezident İlham Əliyevin səmərəli fəaliyyətini xüsusi qeyd etməsi ABŞ tərəfindən Azərbaycanda görülən işlərə verilən yüksək qiymətin göstəricisidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

