Vaşinqtondan Bakıya...
22.03.2022 [15:14]
Regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışı
Beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir - Avrasiyada yeni geosiyasi proseslər cərəyan edir. Yeni dünya düzəninin yarandığı hazırkı şəraitdə regional güc mərkəzləri strateji fəaliyyətləri ilə önə çıxır, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında müstəsna rol oynayırlar. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bu mənada xüsusilə fərqlənir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən ölkəmiz bölgədə yeni nizam yaradır. Ona görə də Bakı ilə strateji təmasların gücləndirilməsi – çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi güc mərkəzləri üçün müstəsna əhəmiyyətə malikdir.
ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda əksini tapan məsələlər də bu reallığı təsdiqləyir. Əminliklə və qətiyyətlə ifadə olunur ki, Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidentinin Baydenə məktubunda da ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyətintəqdirəlayiq olması vurğulanıb. Xüsusilə də, enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizənin tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasında olması diqqətə çatdırılıb. “Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk” ,- deyə məktubda qeyd edilib.
Xarici mediada yer alan təhlil xarakterli məqalələrdə - analitiklərin şərhlərində iki məqama xüsusi diqqət yetirilir: birincisi, Cozef Baydenin Azərbaycan ilə 30 illik diplomatik münasibətlərin qeyd olunmasını xüsusi diqqətə çatdırması, ikincisi isə, tərəflər arasında əməkdaşlığın təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində genişləndirilməsinin diqqət mərkəzində olması.
Regional və beynəlxalq miqyasda enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması və qəbul edilməsi təsadüfi xarakter daşımır, bir sıra amillərlə şərtlənir. Əsas amillərdən biri ölkəmizin müsbət təcrübəsi – mütərəqqi nümunəsidir. Dünyanın siyasi tarixinə nəzər saldıqda bəzi xalqlar və dövlətlərin tarixi təcrübəsi - nümunəsi fonunda yeraltı sərvətlərin, xüsusilə də enerji resurslarının bədbəxtlik gətirən bəxşiş - “Troya atı” kimi çıxış etdiyini görürük. Bu, daha çox neft ehtiyatlarından milli məqsədlərə - strateji maraqlara uyğun istifadə edilə bilinməməsi ilə əlaqədardır. Tərəqqiyə xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini - Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük, iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik etmişik. Azərbaycan təcrübəsi isə fərqlidir. Yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü və liderliyi ilə strateji əhəmiyyətli layihələrin reallaşdırılması, yeni tərəfdaşlıq platformalarının yaradılması regionda təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın dərinləşməsinə mühüm töhfədir. Digər tərəfdən, geostrateji əhəmiyyətli birgə tərəfdaşlıq çərçivəsində qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması gələcəkdə səmərəli və çoxşaxəli işbirliyinin uğurla davam etdirilməsinə etibarlı zəmin formalaşdırıb. Bununla yanaşı, regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn etməkdədir. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Nəhayət, Azərbaycanın təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsinitəmin edib.
Beləliklə, Azərbaycan ilə tərəfdaşlığın genişləndirilməsi güc mərkəzləri, eləcə də regionda vacib – həyati maraqları olan ABŞ üçün gələcək strateji prioritetlərdən biridir.Vaşinqtondan Bakıya regional və beynəlxalq təhlükəsizlik məsələsində inam - etimad mesajları, tərəfdaşlığı gücləndirmək çağırışı da bu səpkidə xüsusi əhəmiyyət daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

