Korsika məsələsi – Fransanın siyasi imtahanı və tarixin ibrət dərsləri
26.03.2022 [13:57]
Fransanın Arl şəhərində yerləşən həbsxanada saxlanılan İvan Kolonnaya hücum edilməsindən sonra Korsika məsələsi yenidən aktuallaşıb. Problem təkcə Fransa mediasında, yaxud fransız siyasətçilər tərəfindən müzakirə olunmur. Xarici KİV-də ekspertlərin, tarixçilərin, siyasətşünasların və hüquqşünasların müxtəlif rəylərinə, fərqli analitik və araşdırma materiallarına rast gəlirik. Bu da təsadüfi deyil, çünki Korsika məsələsi tarixi, siyasi və hüquqi aspektlərə malikdir.
18 bölgədən biri XVIII əsrdən bu günə qədər...
Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur, hakimiyyət səlahiyyətləri millətçilərin əlində cəmləşib.
Tarixi aspektlərə gəlincə... Hələ eradan əvvəl III-II əsrlərdə Roma imperiyası tərəfindən işğal edilən, VI-VIII yüzillikdə Bizansın tərkibində olan, 1347 ildə Genuyanın hökmranlığının bərqərar olduğu Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı – etirazlar, üsyanlar müşahidə olunmağa başlayıb. Məqsəd xarici qüvvələrdən xilas olaraq müstəqillik qazanmaq idi. Amma 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən Korsika Fransanın tabeliyinə keçib, 1796 ildə isə tam olaraq ölkəyə birləşdirilib.
1970-ci ildən başlayaraq...
Buna baxmayaraq, adalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış ediblər. Bu istiqamətdə 1970-ci ildən başlayaraq fəallaşıblar, siyasi və silahlı mübarizəni davam etdiriblər. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsinin (Front de Libération Nationale Corse) fəallığı diqqəti cəlb edir. Bu qruplaşma 2014-cü ilə qədər dövlətə silahlı müqavimət göstərib. 1975-ci ildən 1997-ci ilə qədər təkcə Korsikada 8000 sui-qəsd cəhdi qeydə alınıb, dövlət rəsmiləri, diplomatlar, millət vəkillər və digərləri qurban kimi seçiliblər ki, burada da siyasi məsuliyyətin Korsikanın Milli Azadlığı Cəbhəsinin üzərində olduğu vurğulanıb. Təşkilatın yanaşması və ya fəaliyyət fəlsəfəsi isə bu cür ifadə olunub: “Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir”.
Korsikalıların tələbləri nədir?
Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər ciddi nailiyyət əldə etdilər – qələbə qazandılar. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqların yenidən aktiv fazaya keçməsi müşahidə edildi. Millətçi kəsim ilk növbədə Fransa hakimiyyətinin qarşısına konkret bir tələb qoydu: Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret oldu: “xeyr!”.
Bir müddət əvvəl İvan Kolonnanın öldürülməsinə görə iki həftə davam edən kütləvi iğtişaşlarda təxminən 70 nəfərin xəsarət alması, polisin etirazçılara qarşı güc tətbiq etməsi isə korsikalıların daha kəskin mövqe tutmasına zəmin yaratdı. İndi tələblər daha sərt ifadə olunur, üslub və ritorika dəyişikliyi müşahidə edilir. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisinin tələbləri belədir:
- müstəqillik verilməsi və ya muxtariyyətin genişləndirilməsi;
- siyasi məhbuslara amnistiya verilməsi;
- Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması.
- “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması;
- Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi.
Medianın tənqid oxu hakimiyyətə tuşlanıb
Korsikalıların “qəhrəman”, Fransa hakimiyyətinin isə “separatçı” adlandırdığı İ.Kolonnaya hücum edilməsindən sonra daxili işlər naziri bu təkliflər və tələblərə dair loyal – mülayim mövqe ifadə edib. Daha doğrusu, əvvəl qəti şəkildə “yox” deyən Fransa hakimiyyəti indi muxtariyyət məsələsinə baxıla biləcəyi ilə əlaqədar vəd verir. Amma Fransa mediası gərginliyin artması fonunda hakimiyyəti ciddi tənqid və ittiham edir.
“Mediapart” yazır ki, prezident Makronun məsələyə yanaşması qüsurludur: “Əvvəla, ona görə ki, millətçilərin tələbləri illərdir bilinsə və hər seçkidə təsdiqlənsə də, hökumət konkret həll yolu müəyyənləşdirməyib, vaxt uzatmaqla məşğul olub. Ta ki zorakılıqlar baş verənə qədər... Prezident beş il ərzində millətçi çoxluğun tələblərinə məhəl qoymadı və indi prezident seçkilərinə bir neçə həftə qalmış böhrana son qoymaq üçün tələsik həll yolu tapmağa çalışır. Bununla hökumət özünü ayağından vurur”.
“Le Monde” qəzetində dərc edilən yazıda vurğulanır ki, korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni iddia və ideyalara dəstək verir. “Le Figaro” nəşri isə yazır ki, korsikalı millətçilər tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər: “Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır”.
Bir məsələ - iki yanaşma, yaxud eyni problemə fərqli münasibət
Paradoksal hal odur ki, korsikalıları ölkəni bölməkdə - parçalamaqda ittiham edən Fransa hakimiyyəti dünyanın bir sıra bölgələrində separatizmə dəstək verir. Parisin bir müddət əvvəl Qarabağdakı separatçılara dəstək xarakterli bəyanatlarla çıxış etməsi belə mənfi nümunələrdəndir. 2020-ci ilin noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də sözügedən qətnamə müzakirə edilərək qəbul olunub. Şübhəsiz ki, bu, siyasi təsir gücünə və hüquqi qüvvəyə malik olmayan adi kağız parçasıdır, amma separatizmin dəstəklənməsi faktıdır. Fransanın prezidentliyə namizədlərinin də zaman-zaman Ermənistanın işğalçı siyasətinə, erməni separatizminə dəstək verməsi (son olaraq sağ mərkəzçi “Respublikaçılar” partiyasından namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər etmişdi) inkaredilməz reallıqdır. Sual olunur: Fransa hakimiyyəti bölücülüyü bu qədər çox sevirsə, nə üçün dəstəyini korsikalı separatçılardan əsirgəyir?! Məgər belə hallar Korsikada separatizm adlandırılmalı, Qarabağda isə yox?!
Hər halda, separatizm adlanan bir problemə iki yanaşma, yaxud eyni məsələyə fərqli münasibət Avropanın siyasi lokomotivi adlandırılan, yenidən geosiyasi güc mərkəzinə çevrilmək iddiasında olan bir ölkə üçün üstünlük deyil, çatışmazlıqdır. Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, separatizm qəbuledilməz və yolverilməzdir. Nəhayət, Fransada hakimiyyət olimpində yer alan siyasi qüvvələr nə vaxtsa “status” məsələsindən danışaraq ərazi bütövlüyünə zidd mövqe tutacaqlarsa... O zaman ilk növbədə, dönüb Korsika məsələsinə baxmalı, “xalqların öz müqəddəratını təyin etməsi” ideya və iddialarını məhz orada reallaşdırmalıdırlar. Necə deyərlər, “ideya sahibinə fayda verər”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57

