Azərbaycan qarşıdakı 4 il ərzində yüksək inkişaf yolu keçəcək
09.10.2010 [12:39]
Məlum olduğu kimi, Nazirlər Kabineti respublikamızın 2011-ci il və qarşıdakı üç il üzrə (2011-2014) iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar qəbul edib. Sənəddə Azərbaycanın 2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərinə dair proqnozlar öz əksini tapıb. Eyni zamanda, sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı proqnozlara təsir edə biləcək hallar təhlil edilib. Dünya bazarında baş verə biləcək halların ölkəmizə təsir imkanları qiymətləndirilib. Onu da qeyd edək ki, proqnozlar hazırlanarkən beynəlxalq təşkilatların, habelə, bank və maliyyə qurumlarının proqnozları, müxtəlif qlobal meyillər də nəzərə alınıb.
ümumiyyətlə, 2011-2014-cü illər üzrə sosial-iqtisadi inkişaf proqnozları ölkəmizdə davamlı inkişaf meyillərinin intensiv xarakter alacağından xəbər verir. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun (üDM) həcmi 2011-ci ildə 40,2 milyard manat təşkil etdiyi halda bu göstərici 2014-cü ildə 53 milyard manatdan çox olacaq. Bu illərdə adambaşına üDM-in həcminin artımı da əhəmiyyətli dərəcədə hiss olunacaq. Qeyri-neft sektorunun üDM-də real həcmi xeyli yüksələcək. Qeyri-neft sektoru üzrə üDM-də orta illik real artım tempi minimum 7-8 faiz civarında saxlanılacaq. üDM-də özəl sektorun payı gələn il 82,3 faiz, 2014-cü ildə isə 84,4 faiz təşkil edəcək. Bu müddətdə sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə sektorunun payı da milli məhsulda əhəmiyyətli dərəcədə artacaq.
Gələn il dövlət büdcəsinin gəlirləri 12,5 milyard manat olacaq və büdcənin gəlirlər hissəsi növbəti illərdə təxminən 200 milyon manat artacaq. 2014-cü ildə isə büdcə gəlirləri təxminən 13 milyard, xərclər isə 14 milyard manata bərabər olacaq. İnflyasiya qarşıdakı 4 ildə birrəqəmli olacaq və qiymət indeksi 5-7 faiz nisbətində proqnozlaşdırılır. Neftin büdcədəki qiyməti 2011-2014-cü illər üzrə 60 dollar civarında proqnozlaşdırılır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə isə 551 manata bərabər olacaq.
Bu illər ərzində əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azaldılması, sosial rifah halının yaxşılaşması da müşayiət ediləcək. Gələn il əhalinin gəlirləri ümumilikdə, 29,8 milyard manat təşkil edəcəksə, 2014-cü ildə bu rəqəm 44,5 milyard manatı ötəcək. Səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, minimum əməkhaqqının və əmək pensiyalarının baza hissəsinin mütəmadi olaraq artırılması və 2011-ci ildən ölkə üzrə yaşayış minimumu səviyyəsini üstələməklə müəyyənləşdirilməsinin təmin edilməsi də proqnozların başlıca istiqamətlərini təşkil edir. Eləcə də, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarınının həddini yaşayış minimumu səviyyəsinə uyğunlaşdırmaq məqsədilə mərhələlərlə artırmaq nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq, onların məşğulluq səviyyəsini ölkə üzrə orta məşğulluq səviyyəsinə çatdırmaq 2011-2014-cü illərin sosial-inkişaf tədbirləri sırasında mühüm yer tutacaq.
2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəriciləri ölkəmizin ümumi inkişafının təzahürü olmaqla yanaşı, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı layihələrin icrasını da ehtiva etmiş olur. Belə ki, 2014-cü ilin sonunadək ölkənin şəhər və qəsəbələrinin təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin edilməsi, ev təsərrüfatlarının mərkəzləşdirilmiş xətt vasitəsilə qazla təminatının daha da yaxşılaşdırılması, yeraltı su mənbələrindən istifadə etməklə rayon mərkəzlərində və kəndlərdə etibarlı su təchizatı sisteminin yaradılması, mərkəzləşdirilmiş su təchizatı sistemi vasitəsilə bütün əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi planlaşdırılır. Bundan başqa, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı tədbirlər də intensiv şəkildə davam etdiriləcək. 2014-cü ilin sonunadək ölkənin avtomobil yollarının 2800 km-lik hissəsini beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, magistral və məhəllədaxili yolların bərpası, körpü və yol ötürücülərinin tikintisi, yeni yol qovşaqlarının yaradılması istiqamətində iri layihələr həyata keçiriləcək.
Azərbaycanın qarşıdakı illər üzrə sıçrayışlı inkişafı maliyyə rezervlərinin və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. ölkəmizin uzunmüddətli davamlı inkişafını təmin etmək məqsədilə qarşıdakı illərdə kompleks və sistemli proqramlar həyata keçiriləcək. 2011-2014-cü illərdə ölkəmizin valyuta rezervlərinin möhkəmlənməsi üçün etibarlı zəmin yaranacaq. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı 5 ildə əhəmiyyətli dərəcədə artacaq. Milli gəlirin dünya ölkələri üzrə bölgüsünə görə, Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yüksələcək. Azərbaycan yaxın beşillikdə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq və respublikamız regionun ən inkişaf dövlətinə çevriləcək.
Qarşıdakı 4 il ərzində investisiyaların idarə olunması prosesinin təkmilləşdirilməsi, səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi, sahibkarlığın inkişafının (xüsusilə regionlarda) dəstəklənməsi, istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi və ölkənin ixrac potensialının artırılması üzrə tədbirlərin görülməsi, informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının genişləndirilməsi də əsas proritetlərdən olacaq. Səmərəli rəqabət mühitinin inkişaf etdirilməsi istiqamətində Rəqabət Məcəlləsi qəbul olunacaq, istehlak bazarının bölüşdürülməsi və razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün müntəzəm monitorinqlər aparılacaq və müvafiq məsuliyyət tətbirləri tətbiq ediləcək.
Sahibkarlığın inkişafına yardım üçün dövlət büdcəsindən ayrılan güzəştli kreditlərin həcminin artırılması və regionlarda sahibkarların bu vəsaitlərə çıxış imkanlarının genişləndirilməsi təmin ediləcək, kreditləşmənin səmərəliliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcək. Yeni inkişaf mərhələsində makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

