İki məktub, üç məqam...
03.06.2022 [10:08]
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan liderinə son bir neçə gün ərzində 2 məktub ünvanladı. Məktubların mətnində mühüm geostrateji məsələlər əksini tapıb, bir çox nüans var - təqdir, niyyət, istək, çağırış, mesaj və s. Amma ümumiləşdirsək, iki məktubda üç məqam diqqəti xüsusilə cəlb edir.
ABŞ tərəfdaşlığı necə dəyərləndirir?
Birinci məqam, Azərbaycanla münasibətlərin müsbət dəyərləndirilməsidir. Məktublarda ifadə edilir ki, Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir. Əvvəlcə bu günə qədər çoxşaxəli münasibətlərinin uğurla davam etdirilməsi diqqətə çatdırılır, 30 il ərzində bir sıra sahə və istiqamətlərdə əməkdaşlığın səmərəli olması vurğulanır. “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq” ,- deyə Bayden qeyd edir. Daha sonra özündə həm perspektivə geosiyasi baxışı, həm də gələcək hədəfləri ifadə edən niyyətdən söz açılır: “Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”. Göründüyü kimi, Vaşinqton çağırış edir - biz münasibətlərin inkişafında maraqlı, əməkdaşlığın dərinləşdirilməsinə isə hazırıq.
Bayden enerji təhlükəsizliyi məsələsində hansı mesajları verir?
İkinci məqam, Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynaması, bu istiqamətdə işbirliyinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Bayden vurğulayır ki, “ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır”. Bəli, ABŞ Prezidenti tarixin mühüm anından bəhs edərək yeni reallıqları əsas götürür, enerji təhlükəsizliyinə kritik - taleyüklü məsələ kimi nəzər salır. Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu xüsusi vurğulanır. Şübhəsiz, Ağ Ev sahibinin bu yanaşması Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir. Bəllidir ki, hazırda “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Bayden bu məqamları nəzərə alaraq ikinci məktubunda “Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır” ,- deyə qeyd edir. ABŞ prezidenti təkcə Cənubi Qafqazdan yox, bütövlükdə, Qafqazdan bəhs edir. Baydenin önə çəkdiyi - diqqətə çatdırdığı incə nüans var: o, trans-Xəzər regionundan bəhs edərək Azərbaycanı Mərkəzi Asiya və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya ixracında əsas tərəfdaş saydığını bəyan edir.
Əlbəttə, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Regionda mühüm kommunikasiya-logistika mərkəzinə çevrilən Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Nəhayət, ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini təmin edib. Və bu gün Azərbaycanın həyata keçirdiyi regional miqyaslı, qlobal əhəmiyyətli layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirir. Ölkəmiz hazırda olduğu kimi, perspektiv üçün də Avropanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi dəyərləndirilir. Bu isə digər bir sıra dövlətlər kimi ABŞ tərəfindən də qiymətləndirilir.
Yeni dünya nizamı, regional təhlükəsizlik və Azərbaycanın açar rolu
Baydenin Prezident İlham Əliyevə məktublarında yer alan məsələlər həm də Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasında rolunu, eləcə də Bakıya geosiyasi inamı əks etdirir. ABŞ Prezidenti xüsusi olaraq diqqətə çatdırır: “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”.
Birləşmiş Ştatların bu yanaşmasını şərtləndirən bir neçə amil var. Birincisi, Azərbaycan terrorizm də daxil olmaqla beynəlxalq təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizədə fəal iştirak edən tərəfdaş ölkələrdən biridir. İkincisi, 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi arxitekturanı dəyişən, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan bölgədə yeni nizam yaradır. Ona görə də Bakı ilə strateji təmasların gücləndirilməsi - çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi region dövlətləri ilə yanaşı, güc mərkəzləri üçün də müstəsna əhəmiyyətə malikdir. Üçüncüsü, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kurs təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlməyib, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət edir. Dördüncüsü, Azərbaycan təkcə Cənubi Qafqazın lider ölkəsi - regional güc mərkəzi deyil. Azərbaycan hazırda Xəzər-Qara dəniz strateji xəttində və Avrasiya geosiyasətində diplomatik trafikin ən vacib və mühüm halqalarından biridir. Nəhayət, İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi, hazırda da həm regionumuzda, həm də Avrasiyada sülh, sabitlik - təhlükəsizlik, əməkdaşlıq və inteqrasiya məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Çünki yeni dünya nizamına keçid şəraitində və perspektivdə Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Avrasiyanın önəmli - açar rola malik dövlətlərindən biridir.
Vaşinqtondan Bakıya...
Beləliklə, Bayden iki məktubda üç mühüm məqamı xüsusi vurğulayaraq Vaşinqtondan regiona və Bakıya geosiyasi baxışı ifadə edir. O, yeni dünya nizamında Azərbaycanın mühüm yer tutduğunu və vacib rol oynaya biləcəyini, Birləşmiş Ştatların hazırkı siyasətində və gələcək geostrateji planlarında ölkəmizlə əməkdaşlığın prioritet olduğunu diqqətə çatdırır. Bütün bunlar Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasətinin real nəticəsi olmaqla yanaşı, ölkəmizin yüksək nüfuzunun və aparıcı geosiyasi rolunun göstəricisidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

