Dünya beşdən böyükdür...
07.06.2022 [09:43]
Türkiyə Prezidenti dedi, Azərbaycan isə sübuta yetirdi!
Nurlan QƏLƏNDƏRLİ
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna ilə bağlı iclası dünya mediasının gündəmindədir. Ekspertlər müxtəlif rakurslardan yanaşırlar. Bəzi analitiklər problemin tənzimlənməsində BMT-nin mühüm rol oynaya biləcəyini qeyd edirlər, digərləri isə qurumun sadəcə olaraq seyrçi qalacağı qənaətindədirlər. Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatı təsir mexanizmlərinə malik olmayan sıradan bir təsisata çevrilib, təşkilat daxilində ciddi struktur islahatlarına ehtiyac var.
BMT-də islahatlar zərurətə çevrilib
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısında bu məsələyə toxunaraq “Dünya beşdən böyükdür. İndi bunu özləri də etiraf edirlər. Artıq bunun mümkünsüzlüyü barədə danışmağa başlayıblar. Bizim dediklərimizə gələcəklər” ,- deyə bildirib. Söhbət əsas qərar qəbuletmə və veto hüququnun BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündə (ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin) olmasından gedir.
Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatının beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən diqqət iki məsələyə yönəldilir:
- Təhlükəsizlik Şurasının strukturunda dəyişiklik edilməsi;
- “Beynəlxalq birliyin konstitusiyası” adlandırılan BMT Nizamnaməsində əlavələr və düzəlişlər edilməsi.
Baş katibin etirafı: mümkün olmadı
Rəcəb Tayyib Ərdoğan ilk dəfə 2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü Baş Assambleyasında çıxışı zamanı “dünya beşdən böyükdür” demişdi. Daha sonra bu ifadə siyasətşünasların, siyasətçilərin və beynəlxalq hüquq mütəxəssislərinin tezisinə çevrildi. BMT-nin Baş katibi olmuş Pan Gi Munun da məsələ ilə əlaqədar fikirləri bu yanaşmaya əsaslanırdı. O qeyd etmişdi ki, “BMT-də zəruri islahatlar aparılmasının vaxtı çatıb, lakin bu işdə, hələ ki, konsensus əldə etmək mümkün olmayıb”.
Pan Gi Mun Təhlükəsizlik Şurasında və digər orqanlarda islahatlar ilə bağlı mürəkkəb məsələlərin olmasını etiraf etmişdi.
İkili standartlar və hegemon güclərin geosiyasi inhisarı
70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir. Çünki:
- Təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan ölkələr istənilən qərarı qəbul edirlər, istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Hətta artıq bəzi beynəlxalq hərbi əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının mövqeyinə (icazəsinə) ehtiyac yoxdur. Konkret nümunəyə diqqət yetirək: 1999-cu ildə NATO-un 50 illiyinin qeyd olunması zamanı Alyansın XXI əsrdə əsas fəaliyyət istiqamətlərinə dair yeni strateji konsepsiya qəbul edildi. Həmin konsepsiya NATO-un ənənəvi məsuliyyət zonası hüdudlarından kənara nüfuz etməsinə, xüsusən kütləvi qırğın silahlarının yayılmasına qarşı əks tədbirlər görülməsi, beynəlxalq terrorizmlə mübarizə və s. kimi məsələlərə müdaxilə etməsinə əlverişli imkan yaratdı. Göründüyü kimi, konsepsiya NATO-ya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan hərbi qüvvələrdən istifadə etmək hüququ verib. Bu isə Birləşmiş Millətlər Təşkilatının mövqeyinin zəifləməsinin daha bir nümunəsidir;
- Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. Məsələn, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə hücum edərək onu işğal etmişdi. BMT 7 ay davam edən işğala görə İraqa qarşı sanksiyalar tətbiq etmiş, ABŞ və onun müttəfiqləri isə təşkilatın Təhlükəsizlik Şurasından mandat alaraq 1991-ci ilin fevralında “Səhrada tufan” əməliyyatına başlamışdılar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Komboca, Somali, Yuqoslaviya, Şərqi Timor, Ruanda presedentləri də mövcuddur. Hətta həmin hərbi-strateji əməliyyatlarda BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ və onun NATO müttəfiqləri iştirak etmişdilər. Bu isə təşkilatın Nizamnaməsinə zidd idi. Çünki prosesdə Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin iştirakı zəruridir.
Dünyada və BMT tarixində ilk...
Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar qəbul edilmiş 4 (822, 853, 874 və 884 saylı) qətnamənin yerinə yetirilməməsindən gedir. Əlbəttə, bəhs olunan arzuolunmaz hal, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən 30 ilə yaxın müddət ərzində əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Bu, yeni bir presedentin əsasının qoyulması idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”. Və Azərbaycan dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi!
“Beşlik” islahatlara qarşı...
Faktlar göstərir ki, BMT-də islahatların əleyhinə çıxanlar elə Təhlükəsizlik Şurasının 5 daimi üzvü sırasında yer alan dövlətlərdir. Çünki onlar ənənəvi mövqelərini və təsir imkanlarını əldən vermək istəmirlər. Hətta bir müddət öncə “əgər yeni ölkələr “beşliyə” əlavə olunsalar, onların səsvermə hüququ olmamalıdır” yanaşmasının irəli sürülməsi islahat gözləntisinin əbəs olduğunu göstərir.
Nizamnamənin dəyişdirilməsi çıxış yoludur?
Doğrudur, bəzi ekspertlər islahat üçün ilk növbədə BMT-nin Nizamnaməsinin dəyişdirilməsini çıxış yolu kimi dəyərləndirsələr də, bu, sıradan və asan məsələ deyil. Prosedur qaydaları kifayət qədər mürəkkəbdir. Nizamnamənin XVIII fəslində ona dəyişikliklər edilməsinin iki alternativ proseduru nəzərdə tutulur: birincisi, Baş Assambleya tərəfindən, ikincisi isə, ona yenidən baxılması üzrə konfrans vasitəsilə. 108-ci maddədəki qeydə əsasən, Nizamnaməyə düzəlişlər Təşkilatın bütün üzvləri üçün Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edildikdən və Təhlükəsizlik Şurasının bütün daimi üzvləri daxil olmaqla, təşkilatın üzvlərinin üçdə ikisi tərəfindən, onların müvafiq konstitusiya qaydalarına uyğun olaraq ratifikasiya edildikdən sonra qüvvəyə minir. 109-cu maddədə isə göstərilir ki, bu Nizamnaməyə yenidən baxılması məqsədilə Baş Assambleyanın üzvlərinin üçdə iki səs çoxluğu və Təhlükəsizlik Şurasının hər hansı doqquz üzvünün səsi ilə müəyyən edilməli olan vaxtda və yerdə BMT üzvlərinin Ümumi Konfransı çağırıla bilər. Göründüyü kimi, heç bir düzəliş, yaxud dəyişiklik Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin razılığı olmadan reallaşdırıla bilməz.
Dilemma qarşısında: “ya olum, ya ölüm”
Ümumiyyətlə, haqlının güclü deyil, güclünün haqlı olduğu hazırkı dünya düzənində BMT-nin Nizamnaməsinin dəyişdirilməsi beynəlxalq hüququn bərpası baxımından həlledici amil sayılmaz.
Hər halda, BMT dilemma qarşısındadır: “ya olum, ya ölüm”. Təşkilatın xilası - inam və etimadın, korlanmış imicin bərpası üçün islahat ya olmalı, ya da olmalıdır. Əks halda, olmayan BMT olacaq!
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

