Məzahir Pənahova deyin ki...
22.10.2022 [10:23]
Ağalı kəndinin sakini ictimai rəyi ifadə edir
MÜBARİZ
Oktyabrın 19-da iki il bundan əvvəl işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində heç də adi olmayan bir hadisə yaşandı. Bu yaşayış məntəqəsi dövlətimizin başçısının tapşırığı ilə “ağıllı kənd” konsepti əsasında inşa olunub və bir neçə ay bundan əvvəl buraya sakinlər köçürülüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna növbəti səfərləri zamanı Ağalıya gələrək kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər. Sakinlər doğma yurd yerlərinin erməni işğalından azad edilməsinə və indi burada onlar üçün hər cür rahatlıqlar yaradılmasına görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər. Görüş o qədər səmimi ab-havada keçib ki, məktəb şagirdləri və sakinlər ürəklərindən gələn bütün arzu və istəklərini ifadə ediblər. Söhbət əsnasında sakinlərdən biri Prezident İlham Əliyevə üz tutaraq “Mən şəhidlərin, qazilərin, şəhid analarının, atalarının qarşısında baş əyirəm. Onlara minnətdarıq. Bir də bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib”, - deyə bildirib.
Bu, ibrətamiz bir məqamdır. İstənilən siyasi xadim, lider sıravi insanların, seçicilərin dilindən belə sözləri eşitmək üçün nələr etməzdi? Əslində, Ağalı sakininin dilə gətirdiyi sözlər elə ictimai rəyin, ölkədəki ab-havanın, seçicilərin əhvali-ruhiyyəsinin ifadəsidir. Ağalı kəndinin sakininin Prezident İlham Əliyevə xitabən “bizim Prezidentimiz həmişəlik seçilib!” deməsi Azərbaycandakı ictimai rəyi ifadə edir.
Biz yaxın-uzaq ölkələrin timsalında ayrı-ayrı liderlərin seçkilərə, necə deyərlər, hay-küylə, vədlərlə gəldiklərinin şahidi olmuşuq. Ancaq çox keçməyib ki, sular durulub, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxıb. Bununla da vədlərini yerinə yetirə bilməyən liderlər şöhrət olimpindən aşağı yuvarlanıblar. Azərbaycan Prezidentinin nümunəsində isə tamam fərqli mənzərə izlənilir. 2022-ci il oktyabrın 15-də İlham Əliyevin birinci dəfə Azərbaycan Prezidenti seçilməsinin 19 ili tamam oldu. 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan cəmiyyətinin İlham Əliyevə inamının təməlində müxtəlif amillər dayanırdı. Ən başlıca amil isə, heç şübhəsiz ki, insanlarda Ulu Öndər Heydər Əliyevin siyasətinə olan böyük inam idi. Seçicilər respublikamızın sabahını, inkişafını çətin vaxtlarda xalqa arxa, dayaq duran, müstəqilliyimizin əldən getməsinə imkan verməyən Ulu Öndərin əsasını qoyduğu siyasətin davam etdirilməsində görürdülər və əmin idilər ki, Ümummilli Liderin siyasi varisi İlham Əliyev bunu bacaracaq.
“Elin gözü tərəzidir”, deyiblər. İlham Əliyev Ona bəslənən ümidləri yüksək səviyyədə doğruldur. Ölkəmizin hər cəhətdən nümunəvi mənzərəsi bunun ən yaxşı təsdiqidir. 44 günlük müharibədə qazanılan Qələbə, ölkənin ərazi bütövlüyünün təmin olunması və indi qaçqınların, məcburi köçkünlərin doğma yurd yerlərinə qaytarılmasına start verilməsi isə Onun fəaliyyətinin zirvə nöqtəsi sayıla bilər.
Liderə inam mücərrəd bir anlayış deyil. Bu inam liderin fəaliyyətinə görə yaranır və yaxud uzunmüddətli olur. Azərbaycan Prezidenti İlham Əliyev məhz fəaliyyəti ilə xalqın rəğbətini qazanan liderdir. Ağalı sakini sıravi bir vətəndaşdır. Onun üçün həyatda ən böyük istək, arzu doğma yurd yerlərinə qayıtmaq idi ki, bunu da Prezident İlham Əliyev edib. Bundan sonra Ağalı sakini kimi ölkənin rəhbəri vəzifəsində görmək istəyər? Əlbəttə ki, milyonlarla Azərbaycan vətəndaşı kimi onun da arzularını çin edən İlham Əliyevi! 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76,86 %-i İlham Əliyevə səs vermişdi. Tam əminliklə demək mümkündür ki, əgər bu gün ölkəmizdə yenidən prezident seçkiləri keçirilsə, bu göstərici daha yüksək rəqəmlə ifadə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

