Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29.04.2011 [10:10]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ABŞ-ın Pensilvaniya ştatından respublikaçı,  Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə Nyu-Cersi ştatından respublikaçı, Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Veteranlar məsələləri üzrə komitələrin üzvü Con Runian, İllinoys ştatından respublikaçı, Enerji və Ticarət komitələrinin üzvü Adam Kinzinger, Viskonsin ştatından respublikaçı, Maliyyə Xidmətləri və İqtisadiyyat komitələrinin üzvü Şon Daffi, Luiziana ştatından demokrat, Milli Təhlükəsizlik və Kiçik Biznes komitələrinin üzvü Sedrik Riçmond, Konnektikut ştatından demokrat, Xarici Əlaqələr, Nəzarət və Hökumət İslahatları komitələrinin üzvü Kristofer Mörfi daxildirlər.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, energetika sahəsində həyata keçirilən əməkdaşlıq və digər sahələrdə əlaqələrin bugünkü vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı və beynəlxalq antiterror əməliyyatlarının həyata keçirilməsi işinə verdiyi töhfə qeyd olunub. Görüşdə, həmçinin, regional məsələlərə də toxunulub.

Paylaş:
Baxılıb: 968 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31