/ / Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər müsbət istiqamətdə inkişaf edir
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər müsbət istiqamətdə inkişaf edir
05.07.2011 [10:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə müzakirə edilməsi və əlaqələrimizin gələcək inkişafının müəyyənləşdirilməsi üçün yaxşı fürsət yaradacağını deyib. Qırğız Parlamentinin bu cür böyük heyətlə Dünya Azərbaycanlılarının III Qurultayında iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu tədbirin artıq ənənəvi xarakter daşıdığını və azərbaycanlıların dünyadakı diaspor təşkilatlarının mütəmadi olaraq beş ildən bir Bakıda toplantısının keçirilməsinin önəmini qeyd edib. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişafından danışan dövlətimizin başçısı Qırğız rəhbərliyi ilə keçirdiyi görüşləri xatırlayaraq həmin görüşlər zamanı ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparıldığını deyib. Parlamentlərarası əməkdaşlığa toxunan Prezident İlham Əliyev Türkdilli ölkələrin Parlament Assambleyasının fəaliyyətə başlamasından sonra bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və ölkələrimizin parlamentlərinin bu təşkilat çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətimizin başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Axmatbek Keldibekov 2008-ci ildə qırğız xalqının böyük yazıçısı və mütəfəkkiri çingiz Aytmatovun Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. ölkəsində Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi xadim Heydər Əliyevin xatirəsinin həmişə yüksək hörmətlə yad edildiyini qeyd edən Axmatbek Keldibekov Ulu öndər Heydər Əliyevin hələ Sovetlər birliyində yüksək dövlət vəzifəsində çalışdığı zaman milli respublikaların maraqlarını həmişə müdafiə etdiyini vurğulayıb. O, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin Qırğız Respublikasına səfərinin və qırğız xalqının tarixi abidəsi olan “Manas”ın 1000 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirakının ölkəsində indiyə qədər böyük ehtiramla xatırlandığını deyib. Axmatbek Keldibekov ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi baxımından böyük imkanların olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxAnalitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22

