/ / Azərbaycan Prezidenti İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
05.07.2011 [10:03]
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə inşa ediləcək yeni səhiyyə ocağı barədə məlumat verib. Bildirib ki, dövlətimizin başçısının 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa edilən Bakı Sağlamlıq Mərkəzi 2 korpusdan ibarət olacaq. Tikintinin ümumi sahəsi 45 min kvadratmetrdir. Mərkəzin layihələndirilməsi və tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb. Bu müasir səhiyyə ocağında qəbul, gözləmə və qeydiyyat şöbəsi, mərkəzi sterilləşdirmə bloku, qan bankı və laboratoriyalar yerləşəcək. Laboratoriyalarda klinik-hemotoloji, biokimyəvi-immunoloji və klinik-mikrobioloji analizlər aparılacaq. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da nəzərdə tutulur. Altımərtəbəli korpusda məsləhət kabinetləri, şüa diaqnostika, funksional diaqnostika, endokrinoloji, terapiya, reabilitasiya, tibbi bərpa və s. şöbələr yerləşəcək. Cərrahiyyə əməliyyatları da bu korpusda aparılacaqdır. Cərrahiyyə şöbəsi 123, reanimasiya və intensiv terapiya şöbəsi isə 30 çarpayılıqdır.
Bakı Sağlamlıq Mərkəzindəki 12 mərtəbəli doğum korpusu da müasirliyi ilə seçiləcək. Buradakı ginekoloji şöbə 50, fizioloji doğum şöbəsi isə 105 çarpayılıq olacaq. Köhnə Bakı şəhər Onkoloji Dispanserin 1,4 hektarlıq ərazisində inşa edilən Bakı Sağlamlıq Mərkəzində ən müasir avadanlıq və ən son elmi-texniki yeniliklər tətbiqini tapacaq. Bu mərkəz paytaxtın ən böyük tibb ocaqlarından biri olacaq. Prezident İlham Əliyev gilizi Mərkəzin təməlinə buraxıb və beton qarışığı töküb.
İnşaatçılarla görüşən Prezident İlham Əliyev onlara uğurlar arzulayaraq deyib: “Yaxşı tikin, keyfiyyətli, gözəl olsun. Şəkildə çox gözəldir, gərək reallıqda da gözəl olsun. Həm xarici görünüşü, həm də əlbəttə ki, bütün lazımi texnoloji proses gözlənilməlidir. Gərək çalışaq ki, iki il yarıma istifadəyə verilsin. Sağ olun”.
Mərkəzin tikildiyi ərazidəki yaşayış binalarının sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə alqışlayıblar. Dövlətimizin başçısı və xanımı sakinləri salamlayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

