/ / İlham Əliyev və Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
İlham Əliyev və Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
17.05.2023 [15:25]
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlətimizin başçısına və birinci xanıma sərgilərlə bağlı məlumat verdi.
Bildirildi ki, hər il olduğu kimi bu il də sərgilərə iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraq göstərilir. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər.
Dövlətimizin başçısı və birinci xanım sərgidə “Grow Group Azərbaycan”, “Maschio Gaspardo”, “New Holland”, “Rostselmaş”, “MySilo”, “Rauch Landmashchinen”, “SwissGrow”, “AfiMilk”, “Gowan”, “Can-Pa” şirkətlərinin, Çexiyanın, İtaliyanın, Belarusun, Gürcüstanın, ABŞ-ın və Niderlandın stendləri ilə tanış oldular. Stendlərdə ən müasir kənd təsərrüfatı texnikaları, əkin-biçin aqreqatları və kənd təsərrüfatı məhsulları təqdim olunur.
Naxçıvan Muxtar Respublikasının stendi ilə tanışlıq zamanı bildirildi ki, kənd təsərrüfatı məhsullarının istehsalında ərzaq və qida təhlükəsizliyi başlıca şərtlərdən biridir və Naxçıvan fermerləri daha çox orqanik məhsulları yetişdirməyə üstünlük verirlər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin pavilyonu ilə tanış oldular. Burada Ümummilli Lider Heydər Əliyevə həsr olunan xüsusi təqdimat hazırlanıb. Bildirildi ki, bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Buna görə də sərgilər də məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.
Pavilyonda, həmçinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri, yaşıl enerji mənbələrinə dair qurğu və məhsullar nümayiş olunur.
Burada müxtəlif yarış və müsabiqələrin qalib aqrar startapçıları tərəfindən arıçılıqda “varatoz” gənəsinə qarşı mübarizə, ənənəvi balıqyetişdirmə üsullarını hidroponik əkinçiliklə birləşdirən sistem, bioqaz, alternativ enerji mənbələrindən əldə edilmiş hidrogen qazı, ağıllı istixana idarəetmə sistemi, alaq otlarını lazer sistemi ilə təmizləyən aqrorobot, avtomobillər üçün portativ qida bloku, külək və günəş izləmə qurğuları, idarəolunan günəş panelləri, uzaqdan idarəolunan sayğaclar, külək turbinləri, iqlim stansiyası, dəqiq suvarma idarəçiliyi üçün sensor, suvarmada istifadə olunan günəş enerjisi ilə işləyən inventorlar sərgilənir.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Kənd təsərrüfatının intensiv inkişafı həm də aqrar sektorda innovasiyaların tətbiqindən birbaşa asılıdır. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına bu innovativ yeniliklərlə əyani tanış olmağa imkan verir.
Bildirildi ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər.
Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərtexnika” MMC, “Agritex” MMC, “Agromotors” şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış oldular.
Qeyd edək ki, üç gün davam edəcək sərgilər çərçivəsində Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Forumda “Kənd təsərrüfatının inkişafında Heydər Əliyevin uğurlu aqrar siyasəti”, “Kənd təsərrüfatında innovativ həllərə əsaslanan texnologiyalar”, “Orqanik kənd təsərrüfatı”, “Rəqəmsal kənd təsərrüfatı”, “Yaşıl kənd təsərrüfatı” və digər mövzular müzakirə ediləcək.
“InterFood Azerbaijan” sərgisi çərçivəsində dekorativ yeməklərin kompozisiyasından ibarət “Qida – sənət əsəri” sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl Şah - Qızıl Yüzlük” III Milli Kulinariya Çempionatı da təşkil ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49

