Hökumət yenilənmişiqtisadi göstəriciləri açıqlayıb
21.08.2026 [09:45]
2026-cı ilin sonunda ÜDM-in artımı 1,7 faiz fərz olunur
Maliyyə Nazirliyi 2026-cı il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb. Proqnozlara əsasən, dünya iqtisadiyyatında baş verən fraqmentasiyalar Azərbaycana da öz təsirlərini göstərir və göstərməkdə davam edəcək. Belə ki, Yaxın Şərq regionunda davam edən geosiyasi gərginliklər fonunda enerji qiymətlərinin yüksəlməsi, inflyasiya təzyiqlərinin artması və monetar sərtləşmə gözləntilərinin yaranmasına səbəb olub. Bu fonda, cari il üzrə qlobal iqtisadi artım proqnozları aparıcı beynəlxalq maliyyə təşkilatları tərəfindən yenidən nəzərdən keçirilir ki, həmin rəqəmlərin Azərbaycanla da bilavasitə bağlılığı vardır. Beynəlxalq Valyuta Fondu (BVF) cari ilin iyul ayında verdiyi son proqnozda qlobal iqtisadi artım tempini aprel ayı ilə müqayisədə 0,1 faiz bənd azaldaraq 3 faiz səviyyəsində müəyyən edib. Dünya Bankı (DB) da 2026-cı ilin iyun ayında qlobal iqtisadi artım üzrə əvvəlki proqnozu 0,1 faiz bənd azaldaraq 2,5 faiz səviyyəsində qiymətləndirib. Beynəlxalq maliyyə institutları və agentliklərinin son proqnozlarına əsasən, xam neftin bir barelinin orta illik satış qiymətinin 82-94 dollar civarında olacağı proqnozlaşdırılır.
İnflyasiya 5,7 faizə çatacaq
Bütün bu ssenarilər fonunda Azərbaycanda da iqtisadi artımın orta göstərici əsasında dövr edəcəyi gözlənilir. Qeyd olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata təsirsiz ötüşməyəcək. Məhz bu amillərə söykənərək İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozlar yenilənib. Belə ki, 2026-cı ilin ilk 6 ayının makrofiskal nəticələri, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı 1-2 faizlik artım tempi nümayiş etdirəcək. Proqnozlara görə, 2026-cı ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı fərz edilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. Yəni, ilin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempi 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyr-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.
Cari ilin ötən dövründə, yəni birinci yarımildə müşahidə edilən qlobal bazar nomenklatutrasının və əmtəə qiymətlərinin spesifikasının xüsusiyyətləri 2026-cı ilin yekununda inflyasiya amilinə də təsir göstərəcək. Yəni, ilin əvvəlində fərz edilən inflyasiya rəqəminin cüzi artıma məruz qalacağı fərz olunur. Belə ki, Mərkəzi Bankın və iqtisadi blokun tədqiqləri nəticəsində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və onun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər, digər amillər nəzərə alınmaqla 2026-cı ildə orta illik inflyasiya proqnozu 4,8 faizdən 5,7 faiz səviyyəsinə yüksəldilib.
Dövlət büdcəsinin gəlirlərində artım gözlənilir
Hökumətin iqtisadi komandası ÜDM-də və digər makroiqtisadi proqnozlarda nəzərəçarpacaq dəyişikliklərin fiskal yığımlara, o cümlədən dövlət büdcəsinin gəlirlərinə də təsir edəcəyini fərz edir. Yeni ssenariyə əsasən, 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir. Büdcə gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. İlin əvvəlində təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və 4 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və ya 0,5 faiz artım gözlənilir. Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və ya 32,6 faizi Dövlət Neft Fondundan transfertin, 1 milyard 21 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşəcək. Vergi və rüsumlar üzrə daxilolmaların məbləği cəmi 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və yaxud 5 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcək. Dövlət Neft Fondundan transfert 12 milyard 835 milyon manat gözlənilir.
Büdcə xərcləri bir çox sahələr üzrə azalacaq
Yenilənmiş proqnozlara görə, 2026-cı il dövlət büdcəsinin xərcləri 40 milyard 862,6 milyon manat səviyyəsində olacaq. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2 faiz azdır. Ümumilikdə, 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 faizi həcmində və ya 24 milyard 713,1 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və ya 1,9 faiz az), əsaslı xərclərə ümumi xərclərin 33,5 faizi həcmində və ya 13 milyard 691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və ya 2,5 faiz az) olacağı ehtimal edilir. Cəmi xərclərdə dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6 faizi həcmində və ya 2 milyard 457,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
2026-cı ilin dövlət büdcəsində xarici dövlət borcu üzrə 1 milyard 400 milyon manat, daxili dövlət borcu üzrə isə 1 milyard 057,6 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq ümumi dövlət xidmətləri əvvəlki göstərici - 5 milyard 518 milyon manata qarşı 5 milyard 462,8 milyon manat və ya 55,2 milyon manat az gözlənilir. Sosial müdafiə və sosial təminat xərcləri isə təsdiq olunmuş 4 milyard 873 milyon manata qarşı 4 milyard 824,2 milyon manat və ya 48,7 milyon manat az, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 632,1 milyon manata qarşı 625,8 milyon manat və ya 6,3 milyon manat az, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3 milyard 336,3 milyon manata qarşı 3 milyard 286,2 milyon manat və ya 50 milyon manat az nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik xərcləri isə təsdiq olunmuş 8 milyard 717,6 milyon manata qarşı 8 milyard 562,8 milyon manat və ya 154,7 milyon manat az, səhiyyə xərcləri təsdiq olunmuş 2 milyard 24,3 milyon manata qarşı 1 milyard 987,3 milyon manat və ya 37,1 milyon manat az, kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1 milyard 226,5 milyon manata qarşı 1 milyard 202 milyon manat və ya 24,5 milyon manat az gözlənilir. İqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərclərinin təsdiq olunmuş 7 milyard 856,6 milyon manata qarşı 7 milyard 699,5 milyon manat və ya 157,1 milyon manat, təhsil xərclərinin təsdiq olunmuş 5 milyard 16,4 milyon manata qarşı 4 milyard 880,1 milyon manat və ya 136,3 milyon manat az olacağı proqnozlaşdırılır.
Kəsir 18,8 faizdən 17,5 faizə düşəcək
Büdcə kəsirinin 2026-cı ilin sonuna 1 milyard 497,6 milyon məbləğində olacağı gözlənilir. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin edilməsi nəzərdə tutulub. Kəsir cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1,1 faiz olacaq, eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2026-cı ilin əvvəlindəki 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonunda 17,5 səviyyəsində olacağı gözlənilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35

