Bakıda boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
27.09.2011 [10:08]
Sentyabrın 25-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasim iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Azərbaycan Respublikasının dövlət bayrağı, Beynəlxalq Boks Assosiasiyasının və çempionatın bayraqları, eləcə də iştirakçı ölkələrin adları yazılan xüsusi lövhələr Heydər Əliyev adına İdman-Konsert Kompleksinin zalına gətirilib.
Paytaxt Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edir. Sentyabrın 26-dan oktyabrın 8-dək davam edəcək boks üzrə dünya çempionatında 113 ölkədən 570 boksçu mübarizə aparacaq. Bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir. Bakı çempionatında, həmçinin Azərbaycanın paytaxtına gəlmiş dünyanın ən güclü boksçuları 2012-ci il London Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar. Dünya birinciliyində dörddəbir finala çıxan boksçular Olimpiya lisenziyaları əldə edəcəklər. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov mərasimdə çıxış edərək deyib ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb. Nazir bildirib ki, xalqlar arasında sülh, əməkdaşlıq rəmzi olan idman bəşəriyyəti yüksək ideallar ətrafında daha sıx birləşdirməyə qadirdir.
Azad Rəhimov əlavə edib ki, Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hazırda Azərbaycanda idmanın boks növünə diqqət və maraq artmışdır. Federasiyanın səmərəli fəaliyyəti, yaradıcılıq axtarışları nəticəsində boks özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur”.
Sonra Beynəlxalq Boks Assosiasiyasının prezidenti çinq-Kuo Vu çıxış edərək deyib ki, Bakıda - Azərbaycanın paytaxtında bir çox beynəlxalq idman turnirləri keçirilib.
Daha sonra Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək deyib ki, idmanın insanın fiziki və mənəvi tərbiyəsində oynadığı müstəsna rolu nəzərə alan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sosial-iqtisadi həyatın bütün sahələri kimi, idmanın inkişafını da daim diqqətdə saxlayıb, gənclərin sağlamlığına, fiziki hazırlığına xüsusi qayğı ilə yanaşıb: “Ulu öndərin bu mütərəqqi münasibətini böyük əzmkarlıqla davam etdirən Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilmişdir”.
Kəmaləddin Heydərov boks üzrə XVI dünya çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra çempionatın hakimləri and içiblər.
Boks üzrə XVI dünya çempionatının təntənəli açılış mərasimi bədii hissə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

