/ / Azərbaycanın birinci xanımının Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması mərasimi keçirilib
Azərbaycanın birinci xanımının Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması mərasimi keçirilib
11.10.2011 [00:57]
Fransa Prezidenti Nikola Sarkozi mərasimdə çıxış edərək deyib: “Cənab Prezident, hörmətli xanım, Siz Bakıda dünyaya göz açmısınız. Azərbaycanın ən yaxşı səfirisiniz, eyni zamanda, Siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Bilirik ki, ali təhsilinizi Moskvada almısınız, oftalmologiya sahəsində mütəxəssissiniz. ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda, Siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz Fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu Fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin - Fransa Respublikasının ali ordenini təqdim etmək istərdim. Hörmətli Mehriban xanım Əliyeva, Fransa Respublikasının adından Sizə “Şərəf Legionunun Zabiti” ordenini təqdim edirəm”.
Fransa dövlətinin başçısı “Şərəf Legionunun Zabiti” ordenini Azərbaycanın birinci xanımına təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Prezidenti Nikola Sarkoziyə minnətdarlığını bildirərək deyib: “Hörmətli cənab Prezident, Fransa dövlətinin yüksək mükafatı olan “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə məni təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim üçün bu, böyük şərəfdir və fəaliyyətimə verilən yüksək qiymətdir. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük istəklə əlimdən gələni edəcəyəm. Mən çox şadam ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey həm ölkəmizin təhsil sisteminin inkişafına töhfəsini verəcək, həm də Azərbaycanda fransız dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ edəcəkdir. Biz bu il Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq üçün müxtəlif tədbirlər, konsertlər, festivallar keçirdik. Gələn il Bakıda - paytaxtımızda zəngin Fransa incəsənətini əks etdirən “Plaisirs de France” sərgisi keçiriləcəkdir. Yaxın gələcəkdə Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq və beləliklə də ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığımız daha da dərinləşəcəkdir. çox xoşbəxtəm ki, bu sahədə mənim də əməyim vardır. Cənab Prezident, ölkənizə olan dərin hörmət və məhəbbətimi ifadə edərək bir daha Sizə və Fransa dövlətinə bu yüksək mükafata görə təşəkkürümü bildirirəm. ölkənizə, xalqınıza, Sizə və ailənizə ən xoş arzularımı diləyirəm. Bir daha çox sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15

