Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
02.11.2011 [14:21]
Dünən Respublika Uşaq Klinik Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müalicə ocağında görülmüş işlərlə tanış olub.
Xəstəxananın foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafı, xüsusilə də uşaqların sağlamlığı ilə bağlı həyata keçirdikləri tədbirlərin əks olunduğu fotolardan ibarət stend yaradılıb. Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə xəstəxanada görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, 1986-cı ilədək Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun yataqxanası kimi fəaliyyət göstərmiş binada heç vaxt əsaslı təmir işləri aparılmayıb. Ərazisi 5500 kvadratmetr olan dördmərtəbəli binada yenidənqurma işlərinə ötən il başlanıb və bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb.
Məlumat verilib ki, müasir avadanlıqla təchiz edilmiş 100 çarpayılıq bu müalicə müəssisəsində xəstələrə 80-ni həkim olmaqla 200-dən çox tibbi heyət xidmət göstərəcək. Təmir-bərpa işlərinin yüksək səviyyədə aparıldığı xəstəxanada reanimasiya, kardiologiya, pediatriya və konsultativ-poliklinika şöbələri fəaliyyət göstərir. Cərrah, pediatr və digər həkim otaqlarında tibb işçilərinin nümunəvi xidmət göstərmələri üçün hərtərəfli şərait yaradılıb.
Qeyd edilib ki, xəstəxanada funksional diaqnostika, rentgen, psixoterapiya, exokardioqrafiya, fizioterapiya, laboratoriya və ekspress laboratoriya otaqları ən müasir tibbi avadanlıqla təchiz olunub. Xəstəxananın kardiologiya şöbəsində yaradılan şərait də ən müasir tələblərə cavab verir. Bu tibb ocağında uşaqlar üçün də xüsusi guşələr yaradılıb.
Səhiyyə ocağında yaradılan şəraitlə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54

