/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda Azərbaycan incəsənətinin ABŞ-da daha yaxşı tanıdılması yollarını müzakirə edib
04.11.2011 [14:49]
Noyabrın 2-də Leyla Əliyeva Amerikanın nüfuzlu “İnterview” jurnalının redaksiyasında olub. 1969-cu ildə tanınmış amerikalı rəssam və film prodüsseri Endi Vorhol tərəfindən təsis edilən “İnterview” jurnalı ənənəvi olaraq dünya şöhrətli incəsənət adamları, musiqiçilər, aktyorlar, modelyerlərlə müsahibələrə yer verir və cəmiyyətdə yeni və qeyri-adi düşüncə tərzinin yaranmasını istiqamətləndirir. Azərbaycanlı qonaqla görüşdə “İnterview” və Amerikanın incəsənət aləminin üç digər qabaqcıl jurnalını nəşr edən “Brant Publications, Inc.” şirkətinin rəhbəri Piter Brant və “İnterview” jurnalının redaktoru Kristofer Bollen iştirak ediblər. Piter Brant Leyla xanımı jurnalın tarixi və əhatə etdiyi əsas mövzularla ətraflı tanış edib. Leyla Əliyeva isə öz növbəsində, “İnterview” jurnalının yaradıcı heyətini Azərbaycanla daha yaxından maraqlanmağa dəvət edib və əmin olduğunu bildirib ki, populyar jurnalın oxucuları Azərbaycanda incəsənət, musiqi və moda aləmindən kifayət qədər yeni məlumat və maraqlı xəbərlər tapa biləcəklər.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nyu-Yorkda yerləşən “Metropolitan” incəsənət muzeyində olub. Muzeyin islam mədəniyyəti üzrə baş tədqiqatçısı Məryəm İxtiyar Leyla xanım Əliyevaya uzunmüddətli bərpadan sonra noyabrın 1-də yenidən açılan “İslam dünyasının incəsənəti” adlı sərgi barədə məlumat verib. Leyla xanım muzeydə “Ərəb əraziləri, Türkiyə, İran, Mərkəzi və Cənubi Asiya mədəniyyəti”nin min ildən çox tarixini təmsil edən 1200 eksponatın sərgiləndiyi yeni qalereyalarla tanış olub. Söhbət zamanı “Metropolitan” muzeyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib, burada Azərbaycan incəsənətinin daha yaxşı təmsil olunması barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 2-də Leyla xanım Əliyeva Nyu-Yorkda yaşayan həmvətənimiz, “Noviy Rubej” qəzetinin redaktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Nobert Yevdayevlə görüşüb. N.Yevdayev Leyla xanıma təşəkkürünü bildirərək ona Azərbaycanın incəsənət muzeylərinə çatdırılması üçün şəxsi kolleksiyasından iki rəsm əsəri hədiyyə edib. “Analıq” və “Abstrakt kompozisiya” adlı əsərlərin müəllifi əslən bakılı olan amerikalı rəssam Nahum çakbazovdur. Hər iki əsər 1945-46-cı illərdə işlənilib. Nahum çakbazovun əsərləri “Metropolitan” incəsənət muzeyi, Müasir incəsənət muzeyi, Pennsilvaniya İncəsənət Akademiyası və Amerikanın digər nüfuzlu incəsənət ocaqlarının kolleksiyalarına daxildir. Nobert Yevdayev bildirib ki, bu əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi Amerikada yaşayan həmvətənimizin rəssam kimi Birləşmiş Ştatlarda nə qədər uğur qazandığını diqqətə çatdırmaqdır. “Analıq” əsəri R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin, “Abstrakt kompozisiya” isə Müasir İncəsənət Muzeyinin kolleksiyalarında nümayiş olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10

