/ / Prezident İlham Əliyev Qaradağ rayonunda "AAC" müasir tikinti materialları zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda "AAC" müasir tikinti materialları zavodunun açılışında iştirak edib
27.12.2011 [22:13]
Məlumat verilib ki, tikintisinə 2008-ci ilin mayında başlanılan və müasir standartlara cavab verən zavodun ümumi sahəsi 10 hektardır. Burada məsaməli beton, yandırılmış və sönmüş əhəng istehsalı və kvars qumunun yuyulması sahələri yerləşir.
Qeyd edilib ki, zavodun ərazisində xammal və hazır məhsul anbarları, inzibati bina, dəmir yolu xətti, nəqliyyat vasitələrinin saxlanılma və texniki xidmət sahəsi və digər təsərrüfat obyektləri yerləşir. İstehsal olunan məhsulların yüksək standartlara cavab verməsini təmin etmək üçün zavodda ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunan laboratoriya da fəaliyyət göstərir.
Bildirilib ki, zavodun elektrik təchizatı üçün müstəqil yarımstansiya quraşdırılıb. Bu isə yüksək keyfiyyətli, fasiləsiz elektrik enerjisi ilə təminata şərait yaradır. Zavodun ərazisində yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Prezidentinə məlumat verilib ki, zavodun tikintisində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı 10 milyon manat güzəştli kreditdən istifadə olunub.
Qeyd edilib ki, “Qobustan” brendi ilə beynəlxalq standartlara uyğun yandırılmış və sönmüş əhəng məhsulları və məsaməli beton blokları zavodun ayrı-ayrı istehsal sahələrində hazırlanır. Yüksək texnologiyalı bu müəssisə Qafqaz regionunda yalnız Azərbaycanda fəaliyyət göstərir.
Dövlətimizin başçısı yandırılmış və sönmüş əhəng istehsalı sahəsini işə salıb.
Məlumat verilib ki, xammal əhəng anbarından istehsal sahəsinə yönəldilməmişdən əvvəl yuyulma prosesindən keçir, sonra qapalı şəkildə emal olunaraq ekoloji cəhətdən təmiz məhsul əldə olunur. İstehsal prosesi beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyansız şəkildə həyata keçirilir. Bu istehsal sahəsində 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edilir.
Hazır məhsulların nümunələrinə baxan dövlətimizin başçısına məlumat verilib ki, yandırılmış və sönmüş əhəngdən tikinti, metallurgiya, mədən və qida sənayesində geniş istifadə olunur. Zavodda emal və istehsal prosesində istifadə olunan texnika və avtomobillər də dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Burada da keyfiyyət və ekoloji təmizlik əsas götürülüb.
Sonra Prezident İlham Əliyev məsaməli beton istehsalı sahəsinin fəaliyyəti ilə tanış olub.
Zavodun maketinə baxan Azərbaycan Prezidentinin diqqətinə çatdırılıb ki, istehsal prosesində yerli xammal olan kvars qumu və əhəng daşından istifadə edilir. Xammal yerli Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən karxanadan dəmir yolu ilə müəssisəyə çatdırılır.
Prezident İlham Əliyev məsaməli beton istehsalı sahəsinin fəaliyyətindən bəhs edən video-çarxa baxıb.
Bildirilib ki, bütün istehsal prosesi avtomatlaşdırılmış texnologiya əsasında həyata keçirilir. Hazırda bu sahənin istehsal gücü gün ərzində 600 kubmetr təşkil edir. Müasir tələblərə cavab verən avadanlıqla təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır.
Dövlətimizin başçısı istehsal sahəsini işə salıb.
Prezident İlham Əliyev estakadadan istehsal prosesini izləyib.
Bildirilib ki, istehsal olunan məsaməli beton blokları istilik keçirməmək xüsusiyyətinə görə kərpicdən 6 dəfə üstün, ekoloji baxımdan təhlükəsiz, yanğına və zəlzələyə davamlıdır. Yüngül çəki və dəqiq ölçüləri olan bu beton bloklar iqtisadı cəhətdən daha qənaətlidir. Bu müəssisə daxili bazar üçün məhsul istehsal etməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixracı nəzərdə tutur.
Bildirilib ki, zavodda peşəkar kadr heyəti formalaşıb. Bu məqsədlə əməkdaşlar xarici ölkələrin müvafiq müəssisələrində təlim kurslarında iştirak ediblər. Hazırda zavodda 130 nəfər işləyir. Onların orta aylıq əməkhaqqı 760 manatdır.
Zavodun fəaliyyətindən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

