/ / Prezident İlham Əliyev paytaxtın Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak edib
Prezident İlham Əliyev paytaxtın Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak edib
29.12.2011 [18:56]
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq paytaxtda yüksək tələblərə cavab verən yolötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir, yüksək keyfiyyətli avtomobil yolları salınır.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələri əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə seçilir. Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər sakinlərin sosial həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də paytaxtın gözəlliyini artırır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Neftçilər prospektində, Dəniz vağzalının önündə inşa edilən piyada keçidinin açılışında iştirak ediblər.
Piyada keçidinin göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilib.
Bildirilib ki, keçidin tunelinin uzunluğu 107, eni 8, hündürlüyü isə 3 metrdir, iki çıxışı var. çıxışlardan biri Milli park tərəfdə, digəri isə “Abşeron” mehmanxanasının önündədir. Keçiddə dörd eskalator və ilk dəfə olaraq bir əlil lifti quraşdırılıb. Qranit plitələrlə üzlənmiş keçidin pilləkənlərində sürüşkənliyi aradan qaldırmaq üçün xüsusi tədbirlər görülüb. Keçiddə müasir drenaj sistemi yaradılıb.
Dəniz vağzalının qarşısındakı piyada keçidi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı metronun “Sahil” stansiyasının yanındakı yeraltı piyada keçidinin açılışında iştirak ediblər.
Burada görülən işlərlə bağlı Prezidentə məlumat verilib. Bildirilib ki, tunelin uzunluğu 220, eni 8 metrdir. Yağış sularının dənizə axıdılması üçün xüsusi boru xətti çəkilib. Piyada keçidində ilk dəfə olaraq üfüqi eskalator quraşdırılıb. Səkkiz çıxışdan ibarət piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb. Metronun “Sahil” stansiyasının yanındakı piyada keçidi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Azneft meydanında inşa edilmiş üç yeraltı keçidin açılışında iştirak ediblər.
Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib.
Bildirilib ki, buradakı tunellərdən birincisinin uzunluğu 104, eni 8, ikincisinin uzunluğu 58, eni 5, üçüncüsünün uzunluğu 76, eni isə 5 metrdir. Bu keçidlərdə də qranit plitələrlə üzlənib. Keçidlərdə müasir işıqlandırma sistemi quraşdırılıb.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev Azneft meydanında, Dövlət Neft Şirkətinin yaxınlığında daha bir yeraltı piyada keçidinin açılışında iştirak edib.
Burada görülən inşaat işləri barədə də dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, tunelin uzunluğu 76, eni 6, hündürlüyü 3 metrdir. Keçidin iki çıxışı var. Onlardan biri Milli Parka, digəri isə Dövlət Neft Şirkətinin önünə çıxır. Dörd eskalatorun quraşdırıldığı keçid müasir işıqlandırma sistemi ilə təchiz edilib. Bu piyada keçidi də qranit plitələrlə üzlənib. Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

