Azərbaycana güclü sərmayə axını mövcuddur
31.01.2012 [10:56]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü strategiya ölkəmizin iqtisadi və siyasi sabitliyinin möhkəmlənməsinə öz töhfələrini verməkdədir. Davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi kimi nüfuzunun artmasına kömək edib. Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri ilə müşahidə olunması respublikamıza sərmayə qoyuluşlarının maliyyə imkanlarının güclənməsinə əhəmiyyətli dərəcədə zəmin yaratmaqdadır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb. Xüsusən də, sərmayə qoyuluşu iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib. Sevindirici haldır ki, son illər - dünyada qlobal iqtisadi-maliyyə böhranının hökm sürdüyü bir dövrdə, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcminin azalması müşahidə olunsa da, Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edib. Bu gün xarici investorların Azərbaycana marağı kifayət qədər böyükdür və bunun başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir.
İsveçrənin Davos şəhərində keçirilən 42-ci ənənəvi illik ümumdünya İqtisadi Forumu (üİF) çərçivəsində yanvarın 27-də Azərbaycana həsr olunan interaktiv sessiyada çıxış edən Prezident İlham Əliyev respublikamızda yaradılmış əlverişli sərmayə mühitinin son illərdə xarici investisiya qoyuluşlarının artmasına impuls verdiyini və bu tendensiyanın daha da artacağına əminliyini ifadə edib. Dövlət başçısı bildirib ki, ölkəmiz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail olub: “Biz çox sayda xarici sərmayələrdən bəhrələnirik. Son 15 il ərzində qoyulan sərmayələrin ümumi həcmi təqribən 110 milyard dollar təşkil edib. Təkcə keçən il ölkəyə 20 milyard dollar məbləğində sərmayə yatırılıb ki, bunun da 7 milyardı xarici sərmayələrin payına düşür. Bu da onu göstərir ki, Azərbaycan hələ də xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, təkcə neft və qaz ilə bağlı deyildir. İndi neft və qaz sahəsində sərmayələrin həcmi düşməkdədir, çünki bütün əsas layihələrin icrası başa çatıb. Sənaye, turizm və xidmət sahələrinə qoyulan sərmayələr artmaqdadır. Neft və qaz satışından əldə etdiyimiz maliyyə resurslarını iqtisadiyyatın real sektorlarına - informasiya texnologiyaları, təhsil sahələrinə yönəltmişik”.
ümumiyyətlə, ölkəmiz regionda əsas iqtisadi inkişaf dinamikasına malik dövlət kimi bütün investorlar üçün açıqdır və bu faktor ilbəil sərmayələrin bütün sahələr üzrə qoyuluşunun artmasına səbəb olmaqdadır. Son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan ümumi sərmayələrin həcmi 100 milyard dolları ötüb. Sərmayələrin təxminən 55-60 faizi xarici sərmayələrin payına düşür. Yəni, xarici investorlar tərəfindən ölkəmizin iqtisadiyyatına yatırılmış sərmayələrin həcmi 50 milyard dollardan çoxdur. Bu tendensiya bir daha ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin mövcudluğunu təsdiqləyir. Xarici sərmayələrin təxminən 12-15 milyard dolları qeyri-neft bölmələrini əhatə edir. Belə ki, 2000-ci ilə kimi sərmayə bumu əsasən neft sektoruna istiqamətlənib və 1994-cü ildən 2005-ci ilə kimi hasilat sənayesinə 30 milyard dollardan artıq kapital qoyulub.
Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faiz təşkil edir və respublikamız bu region üzrə kapital qoyuluşlarında əsas ölkə hesab olunur. Son 17 ildə Cənubi Qafqaz iqtisadiyyatına təxminən 65 milyard dollar investisiya qoyulub ki, onun 55 milyarda yaxını ölkəmizin payına düşür. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatına cəlb olunan xarici sərmayələrin həcmi Gürcüstan və Ermənistanın birlikdə iqtisadiyyatına yönəldilən investisiyalardan 6 dəfə çoxdur. Azərbaycan adambaşına düşən xarici investisiyaların həcminə görə də MDB və Şərqi Avropada aparıcı dövlətlərdən biridir və bu rəqəm təxminən 9 min dollara bərabərdir. Dövlət başçısının bəyan etdiyi kimi, respublikamızın maliyyə qüdrətinin yüksəlməsi dövlətin daxili investisiyaları artırması üçün əla zəmin yaradır: “Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq. Azərbaycana birbaşa xarici sərmayə axını hər hansı MDB ölkəsindən daha yüksəkdir. İqtisadiyyatın rəqabətə davamlılığı da artmaqdadır. Davos İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığına görə 55-ci, MDB-də isə birinci yerdə qərarlaşır. Bu, bizim üçün çox mühüm nailiyyətdir. Belə ki, bu, bizim apardığımız şaxələndirmə siyasətinin artıq bəhrə verdiyini sübut edir”.
Sərmayə qoyuluşlarının strukturuna diqqət yetirsək daxili investisiyaların son illər daha çox artdığını görmək olar. Azərbaycanın iqtisadi qüdrəti isə yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

