Anda sədaqət!
24.10.2023 [10:17]
Ölkəmizdə 2008-ci ildə xalqın yüksək fəallığı şəraitində baş tutan prezident seçkilərində İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanaraq yenidən dövlət başçısı seçildi. Onun andiçmə mərasimi tarixin bu günündə - 24 oktyabrda baş tutdu. Andiçmə mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev Ona yenidən etimad göstərən xalqa dərin minnətdarlığını bildirərək bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərini əsirgəməyəcəyinə söz verdi.
Seçkilərdən seçkilərə güclənən etimad
Adətən ayrı-ayrı ölkələrdə liderlər vədlər verərək hakimiyyətə gəlirlər. Lakin çox keçmir ki, verilən vədlərin sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Beləliklə də onlara qarşı cəmiyyətdə əks-münasibət yaranır, populyarlıq, etimad göstəricisi sürətlə aşağı düşür. Prezident İlham Əliyevə gəldikdə isə tamam fərqli mənzərə müşahidə edilir. Azərbaycan Liderinin populyarlığı, xalqın Ona bəslədiyi etimad nəinki azalmır, əksinə getdikcə daha da artır. 15 oktyabr 2008-ci ildə ölkəmizdə baş tutan prezident seçkilərinin nəticələri bunu bir daha təsdiqlədi. Həmin seçkilərdə İlham Əliyev seçicilərin 88,73 faizinin səsini qazanmışdı. Rəqəmlər birinci prezidentliyi dövründə İlham Əliyevə xalqın inamının əhəmiyyətli dərəcədə artdığını təsdiqləyirdi ki, bu da dünya təcrübəsində çox nadir hallarda rast gəlinən bir haldır.
Siyasi varisliyin təmin edilməsi
Ulu öndər Heydər Əliyev həm Azərbaycanın müstəqilliyini qoruyan, həm də gələcək inkişafımız üçün fundamental əsaslar yaradan Liderdir. İlham Əliyevin ölkəmiz və xalqımız qarşısında ən böyük xidmətlərindən biri Heydər Əliyev siyasi kursunun varisliyini təmin etməsidir. O, ikinci prezidentliyi dövründə Ulu Öndərin əsasını qoyduğu böyük işləri inamla irəli apardı, sınanmış kursdan dönmədən Azərbaycanın perspektiv inkişafını, beynəlxalq birliyə sıx inteqrasiyasını, insanların sosial vəziyyətinin yaxşılaşmasını hədəfləyən yeni təşəbbüslər irəli sürdü və komandasını bu vəzifələrin icrasına səfərbər etməyi bacardı. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Heydər Əliyev yolunu Azərbaycanda bundan sonra da davam etdirəcəyini qətiyyətlə bildirərək vurğulayıb: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm”.
Ölkənin inkişafı, yüksək rifah cəmiyyəti
Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkənin inkişaf kursunun və yüksək rifah cəmiyyəti quruculuğunun bundan sonra da irəli aparılacağını bəyan etmişdi. Ölkəmiz Onun ikinci prezidentliyi dövründə qeyd olunan istiqamətlərdə böyük uğurlara imza atdı. Həmin müddətdə respublikamız iqtisadi inkişaf templərinə görə bütün dünya üzrə ön sıralara çıxdı və milli iqtisadiyyatını 3,4 dəfə genişləndirməyə nail oldu.
Əsas məqamlardan biri ondan ibarətdir ki, Prezident İlham Əliyev iqtisadi islahatları sosial siyasətlə tamamlamağı bacardı. Yoxsulluğun azaldılması ilə bağlı həyata keçirilən tədbirlər gözəl nəticələrə gətirib çıxartdı - 2003-2013-cü illər ərzində ölkədə yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək aşağı düşdü. İlham Əliyevin ikinci prezidentliyi dövrünün sonunda respublikamızda 900 mini daimi olmaqla 1 milyon 200 min iş yerlərinin açılması təmin olunmuşdu ki, bunun da nəticəsində ölkədə işsizlik 5 faizədək azaldı. Sosial məsələlərin həlli üçün böyük həcmlərdə vəsait ayrıldı. Bəhs olunan dövrdə ölkədə orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artdı. Bütün ölkə üzrə sosial infrastruktur layihələri reallaşdırıldı. 2013-cü ildədək paytaxtda və regionlarda Heydər Əliyev Fondunun yaxından iştirakı ilə 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilib istifadəyə verildi.
Əsas prioritetlərdən biri - ordu quruculuğu
Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkənin ərazi bütövlüyünün təmin olunmasının və ordu quruculuğunun əsas prioritetlərdən biri olduğunu növbəti dəfə bəyan etdi. O, ikinci prezidentliyi dövründə bu məsələlərin Azərbaycanın gündəliyinin mərkəzində saxlanılmasına nail oldu. Aparılan danışıqlar prosesində İlham Əliyev qətiyyətlə bəyan edirdi ki, Azərbaycan ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayacaq. Dövlətimizin başçısı belə qətiyyətli bəyanatlar verərkən ilk növbədə Silahlı Qüvvələrimizin güclənməsinə istinad edirdi.
Prezident İlham Əliyev qətiyyətli siyasi iradə göstərməklə hərbi büdcəmizi qısa müddətdə 20 dəfədən çox artırmağa nail oldu. Eyni zamanda, respublikamızda əvvəlki illərdə olmamış hərbi sənaye kompleksi yaradıldı. İlham Əliyevin uzaqgörənliyi bəhrəsini verib. Ölkəmiz 2020-ci ildə ərazi bütövlüyünə, 2023-cü ildə isə Qarabağda suverenliyinin bərpasına məhz özünün güclü Ordusunun sayəsində nail olub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

