Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gedib
06.02.2012 [10:17]
48-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer ilə görüşü olub.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu, Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub.
Tədbirin aparıcısı Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Aparıcı Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim edib.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Prezident İlham Əliyev Azərbaycanda neftçıxarma ənənələri haqqında danışarkən bildirib ki, respublikamız nefti sənaye üsulu ilə hasil edən ilk ölkədir. İndi Azərbaycan neft məhsulları nəqlinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bununla yanaşı, nəhəng təbii qaz resurslarına malik ölkəmizin qaz ehtiyatları indi 2,5 trilyon kubmetrdən artıqdır. Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik Azərbaycanın öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. 2011-ci ildə “Cənub qaz dəhlizi”nə dair Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birlikdə imzaladıqları sazişin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycan qazının Türkiyədən keçməklə Avropa bazarlarına daxil olmasına geniş imkanlar açır.
“Enerji təhlükəsizliyi indi dünyada milli təhlükəsizlik məsələsinə çevrilib”, - deyən Prezident İlham Əliyev ekoloji məsələlərin həllinin də ölkəmizdə diqqət mərkəzində olduğunu, Azərbaycanın alternativ enerji mənbələrinin yaradılmasına və tətbiqinə böyük diqqət göstərdiyini bildirib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcək. Sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Ukrayna Prezideni Viktor Yanukoviç və digər qonaqlar çıxış ediblər.
* * *
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Avstraliyanın xarici işlər naziri Kevin Rud ilə görüşüb.
Görüşdə Avstraliyanın xarici işlər naziri Kevin Rud ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirib, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin dünyanın əksər dövlətlərinin ölkəmizə dəstəyinin nümunəsi olduğunu deyib.
Dövlətimizin başçısı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

