/ / Prezident İlham Əliyev "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
Prezident İlham Əliyev "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
14.04.2012 [02:02]
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verib ki, 62 turizm istiqamətini təqdim edən “AİTF-2012” sərgisinə dünyanın 32 ölkəsindən 201 şirkət qatılıb. ölkələrin və turizm istiqamətlərinin müxtəlifliyinə görə, bu, rekord göstəricidir.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İTE Group plc” və onun tərəfdaşı “İteca Caspian” MMC şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti çıxış edir. Builki sərgi “Bütün dünya-bir sərgi” devizi altında keçirilir.
Prezident İlham Əliyev sərginin pavilyonları ilə yaxından tanış olub.
Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, milli motivlərlə zəngin olan bu stend Azərbaycan xalqının qonaqpərvərliyini əks etdirir. Burada genişləndirilmiş “GoMap.az” elektron onlayn naviqatorunun rəsmi təqdimatı da keçirilib. Onlayn naviqatora ilk dəfə Gürcüstanın da elektron xəritəsi daxil edilib. Bu xəritədə Azərbaycan və Gürcüstan ərazisində mədəni, tarixi obyektlərə rahat şəkildə gedib çıxmağa imkan verən məlumatlar var.
Qeyd edilib ki, Dünya Turizm Təşkilatının sərgidə ayrıca stendlə çıxış etməsi bu qurumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mühüm göstəricilərindən biridir.
Prezident İlham Əliyev “Gilan” turizm şirkətinin stendi ilə də tanış olub. Bildirilib ki, bu şirkət hazırda Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verən “Gilan Holdiny”ə məxsusdur.
Diqqətə çatdırılıb ki, “Four seasons Hotel Baku”nun stendi bulvarın yaxınlığında yerləşən bu otelin imkanlarını nümayiş etdirir. İnşası davam etdirilən bu otel Bakının tarixi zənginliyi və müasirliyi ilə həmahəngdir.
Azərbaycan Prezidenti sərgidə Dubay şəhərinin stendinə də baxıb. Bu stenddə Dubay Əmirliyində turizm sektorunun planlaşdırılması, idarə olunması və inkişafı üzrə məlumatlar əksini tapıb. Dövlətimizin başçısına Dubayda Azərbaycan haqqında ingilis və ərəb dillərində nəşr edilən jurnal təqdim edilib. Bu jurnalda da Azərbaycanın turizm imkanları haqqında məlumatlar əksini tapıb.
Məlumat verilib ki, sərgidə təmsil olunan “çex turizm” şirkəti çexiyada jurnalistlər, səyahət agentlikləri və bu sahənin digər mütəxəssisləri ilə təmas quraraq onlar üçün tanışlıq səfərləri təşkil edir.
Dövlətimizin başçısı Hindistana məxsus stendə də baxıb. Fərqli adət-ənənələrin, vəhşi təbiət və ekosistemlərin heyranedici kaleydoskoplarının yerləşdiyi Hindistan turistləri ən çox cəlb edən ölkələrdəndir.
Diqqətə çatdırılıb ki, builki sərginin daha bir özəl xüsusiyyəti ondan ibarətdir ki, ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalarda istirahətə həsr olunub. Rusiyanın Stavropol diyarının stendində müxtəlif xəstəliklər sahəsində sanatoriya müalicəsi üzrə özünəməxsus metodlarla məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıe vodı kimi kurort-şəhərlərin təklifləri ilə tanış olmaq mümkündür.
Gürcüstana məxsus stendlə tanışlıq zamanı bildirilib ki, bu dövlətin Milli Turizm Administrasiyasının məqsədi ölkəni dünya miqyasında turizm məkanı kimi təbliğ etməkdir.
Sərgidə müalicə turizmi istiqamətində fəaliyyət göstərən bir sıra debütantlar da təmsil olunur. Onların arasında Litvanın Milli SPA Assosiasiyası da var. Burada Prezident İlham Əliyevə Litvadakı müalicə kurortları, müalicəvi palçıqlar haqqında məlumat verilib.
Sloveniya stendinə baxan dövlətimizin başçısının diqqətinə bu ölkənin kurortları və orada göstərilən xidmətlər barədə məlumat da çatdırılıb. Bu stenddə termik müalicəvi SPA və sağlamlıq kurortları, dəniz sahilində məzuniyyət, xizək mərkəzləri və digər qış kurortları haqqında informasiyalar əksini tapıb.
Bildirilib ki, “AİTF-2012” sərgisində qonaq ölkə qismində Bolqarıstan iştirak edir. Bu ölkəyə məxsus stenddə Bolqarıstanda kurort və müalicəvi istirahətin bütün xüsusiyyətlərindən bəhs edilir.
Məlumat verilib ki, sərgidə dünyanın aparıcı aviaşirkətləri də təmsil olunur. Regionun ən böyük aviaşirkəti olan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də burada xidmətlərini təqdim edir. Beynəlxalq uçuş təhlükəsizliyi standartlarına cavab verən “Azərbaycan Hava Yolları” keyfiyyətli xidməti və genişmiqyaslı uçuş coğrafiyası ilə də diqqəti cəlb edir.
Bildirilib ki, ardıcıl olaraq 3-cü ildir sərginin tərəfdaş ölkəsi qismində çıxış edən Türkiyə öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edir. Qeyd olunub ki, “AİTF-2012” hər il dünya turizm sənayesinin nümayəndələrini bir araya gətirir və Azərbaycanın müasir turizm infrastrukturu sahəsində nailiyyətlərini nümayiş etdirir.
Turizm sənayesinin mütəxəssisləri və qonaqlar bu sərgidə tur-operatorların xüsusi təklifləri ilə tanış olur, turizm marşrutları və əlverişli qiymət təklifləri haqqında məlumat əldə edirlər.
Sərgiyə aprelin 14-də yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

