Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Qəbələdə narkokuryerlər saxlanılıb

Qəbələdə narkokuryerlər saxlanılıb

15.09.2024 [15:13]

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Şəki regional qrupundan Yeniazerbaycan.com-a bildiriblər ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub. Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31