Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb

Zaqatalada yol qəzasında 4 nəfər xəsarət alıb

04.11.2024 [17:14]

Zaqatala şəhəri ərazisində minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan üçü Osmanovlar ailəsinin üzvüdür.

AZƏRTAC xəbər verir ki, rayon sakini 60 yaşlı Rəhman Osmanovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Ağstafa rayon sakini 25 yaşlı Ariz Abbasovun idarə etdiyi eyni markalı avtomobil toqquşub.

Qəzadan sonra sürücü Rəhman Osmanov, avtomobildə olan sərnişini Rəhman Osmanovun qızı, 32 yaşlı Aygül Osmanova, R.Osmanovun nəvəsi 9 yaşlı Ayşəgül Osmanlı və digər avtomobilin sərnişini, Balakən rayon sakini 40 yaşlı İlhamə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Paylaş:
Baxılıb: 704 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Maraqlı

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Gündəm

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31