Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / İdxalına icazə verilməyən külli miqdarda balıqtutan torlar aşkar edilib

İdxalına icazə verilməyən külli miqdarda balıqtutan torlar aşkar edilib

04.01.2025 [23:16]

Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan Respublikası vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30