“Qarabağ”ın qapıçısı: Bakıda Fransa klubuna qalib gələ bilərik
11.11.2024 [15:41]
“Düşünürəm ki, “Lion” klubuna Bakıda qalib gələ bilərik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç UEFA Avropa Liqasının əsas mərhələsinin V turunda Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Xorvatiyalı qolkiper komandasının hər matçda qalib gəlmək şanslarının olduğunu bildirib: “Sonadək mübarizə aparsaq, bütün gücümüzü ortaya qoysaq, xallar qazana bilərik. Belə olarsa, ən azı uduzmadan meydanı tərk etmək şansımız yaranacaq. Bunu Norveçdə “Budyo-Qlimt”lə qarşılaşmada da göstərdik. Çox vacib üç xal qazandıq. Həmin qələbə bizə müsbət mənada böyük təsir edəcək”.
O, Avropa Liqasında pley-off şanslarının davam etdiyini söyləyib: “Hər şey sonda məlum olacaq. İndi komanda olaraq “Lion”la oyuna köklənmişik. Əvvəlcə bu qarşılaşmadan qalib ayrılmalıyıq”.
Ağdam klubundakı performansı barədə də danışan F.Buntiç deyib: “Avropa Liqasında bir oyunda meydanda olmuşam. Bu, “Malmö” ilə görüşə təsadüf etdi. Düşünürəm ki, yaxşı mübarizə apardım. Ümumi götürsək, çıxışımdan razıyam. Çalışıram ki, meydanda olduğum matçlarda komandama əlimdən gələn köməyi edim”.
Qapıçı “Qarabağ”ın heyətində Azərbaycan çempionu olmaq istədiyini vurğulayıb: “Turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq. Məqsədimiz qızıl medallara sahib çıxmaqdır. Ümid edirəm ki, mövsümün sonunda qarşıya qoyulan hədəfə çatacağıq”.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək Tofiq Bəhrəmov adına Respublika Stadionunda “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

