Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Almaniyada regional futbol liqası matçında azarkeşlər arasında davada 79 nəfər xəsarət alıb

Almaniyada regional futbol liqası matçında azarkeşlər arasında davada 79 nəfər xəsarət alıb

01.12.2024 [19:21]

Almaniyada regional futbol liqasında ötən gün oynanılan “Karl Zeiss Yena” – “Chemie Leipzig” (5:0) qarşılaşmasından sonra baş verən kütləvi davada 79 nəfər xəsarət alıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, hələ oyundan əvvəl 350-dək azarkeş şəhərdə icazəsiz aksiya keçirib. Lakin polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək bu aksiyanın qarşısını alıb.

Ümumilikdə 7 mindən çox azarkeşin izlədiyi matçda final fitindən sonra tərəfdarlar arasında qarşıdurma baş verib. Polis kütləvi davanın qarşısını almaq üçün yenidən gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olub. Şiddətli qarşıdurma nəticəsində stadiona xeyli ziyan dəyib. Xəsarət alan 79 nəfərin 10-u polis əməkdaşı, 64-ü isə azarkeşdir.

Qarşıdurma ilə əlaqədar Yena Əyalət Polis İdarəsində araşdırma aparılır, ümumilikdə 40 protokol tərtib edilib.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31