Paris Olimpiadasında medal rəzaləti
22.01.2025 [09:13]
Ötən ilin yayında Fransanın paytaxtında baş tutan 33-cü Yay Olimpiya Oyunlarının başa çatmasından aylar ötsə də, dünyanın bir nömrəli idman bayramı ilə bağlı, təəssüf ki, kədərli olan müzakirələr hələ də bitməyib. Bu günlərdə Makron iqtidarının Olimpiada rəzaləti ilə bağlı faktlar yenidən gündəmi zəbt edib. Söhbət idmançıların tətif olunduqları medalların keyfiyyətindən, daha doğrusu, keyfiyyətsizliyindən gedir.
Bahalı büdcə ilə yarıtmaz təşkilatçılıq
Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının büdcəsi 11 milyard avroya bərabərdir. Oyunları keçirmək üçün Fransanın namizədliyi irəli sürüldükdə bu məbləğ 6,2 milyard avro idi. Planlaşdırılmayan xərclərin dəyəri iki dəfəyə qədər artıq olub. Dövlət maliyyələşdirməsinin payı elan edilən 2,3 milyard avrodan 4,6 milyard avroya yüksəlib. Paris Olimpiadasının açılış mərasiminə 122 milyon avro vəsait xərclənib.
Göründüyü kimi, Makronun komandasının Olimpiada büdcəsi kifayət qədər iddialı olub. Ancaq buna baxmayaraq, ortaya tamamilə zay məhsul çıxarılıb. Yelisey Sarayının “Paris 2024”-ün qara üzünü gizlətməyə çalışmasına rəğmən, çatışmazlıqlar həddindən artıq çox olub. Açılış ərəfəsində artıq hamıya bəlli idi ki, Olimpiada ilə bağlı təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Parisə Fransanın regionlarından və Aİ ölkələrindən çoxsaylı polis qüvvələri cəlb edilməsinə baxmayaraq, şəhərdə terror risklərinin kifayət qədər böyük olması ciddi narahatlıq doğururdu. İdmançılar Olimpiya kəndindəki dözülməz vəziyyətdən, o cümlədən də qida çatışmazlığından şikayət edirdilər. “Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları tənqid obyektinə çevirmişdilər. Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirdilər.
Planetin ən böyük idman yarışmasının rəsmi açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub. Lakin burada da Yelisey Sarayının dünya idman ictimaiyyətinə açıq-aşkar hörmətsizliyi, Sena çayının ekoloji təmizliyi ilə bağlı yaydığı yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatdığı ortaya çıxdı.
Açılış mərasimində nümayiş etdirlən bir sıra səhnələr Yelisey Sarayının Olimpiada rəzalətinin pik nöqtəsi sayıla bilər. Ümumi qənaət belədir ki, Parisdə baş tutan açılış mərasimi bütövlükdə, Olimpiya tarixində bir rüsvayçılıqdır.
100-dən çox medal geri qaytarılıb
“Paris-2024” başlamazdan öncə düzənlənən medalların təmtəraqlı təqdimat mərasimi yaddaşlardan silinməyib. Yerli Təşkilat Komitəsinin mənzil-qərargahında baş tutan tədbirdə qurumun sədri Toni Estanqe medalların böyük zəhmət bahasına və çətinliklə başa gəldiyini açıqlamışdı. Sitat: “Qızıl, gümüş və bürünc medalların Eyfel qülləsinin qiymətli metalı ilə eyni qarışıqda olması üçün nəhəng iş görülüb”.
Bu təmtəraqlı mərasimdən az sonra bəlli oldu ki, əslində, nəhəng yox, zay iş görülüb. Əks halda 100-dən çox medal keyfiyyətini itirdiyinə görə geri qaytarılmazdı. Xüsusilə də “bürünclər”in daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir. Əslində, medalların keyfiyyətsizliyinə görə ilk narazılıqlar Olimpiadanın davam etdiyi günlərdə ifadə olunurdu. ABŞ skeytbordçusu Nayca İmani Hyustonun qazandığı bürünc medalın keyfiyyətsiz olması ilə bağlı paylaşdığı video həmin vaxt xeyli müzakirələr yaratmışdı. Sonradan Fransa üzgüçüləri Kleman Sekki ilə Yohann Ndoy Bruar da medallardan narazıların sıralarına qoşuldular. Yohann Ndoy Bruar ölkəsinin yarıtmaz təşkilatçılığını rişxənd obyektinə çevirməkdən belə çəkinmədi. Belə ki, o, “Paris 2024” əvəzinə, “Paris 1924” yazaraq təşkilatçıları ələ saldı. Kleman Sekki isə medalları “timsah dərisi”nə bənzətmişdi...
Oxşar problemlə Azərbaycan millisinin üzvvləri də üzləşiblər. Belə ki, “Paris-2024”-ün gümüş mükafatçısı, taekvondoçu Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşi üzrə üçüncü olan Həsrət Cəfərov (67 kq) aldıqları medalların keyfiyyətini itirdiyindən şikayətləniblər. Q.Maqomedov layiq görüldüyü medalla qürur duyduğunu bildirsə də, pis keyfiyyətlə qarşılaşmasından məyusluğunu gizlətməyib. H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. Eyni zamanda, Olimpiya çempionları Hidayət Həydərovun, Zelim Kotsoyevin və digərlərinin də medallarının keyfiyyətinin itirdiyi bildirilir.
Kütləvi etirazlardan sonra Beynəlxalq Olimpiya Komitəsi məsələyə münasibət bildirib. Qurum zədələnmiş bütün medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyini, prosesə yaxın həftələrdə başlanılacağını açıqlayıb. Öz növbəsində Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) də komandamızın layiq görüldüyü 7 medalın hər birini araşdırmağa qərar verib. MOK araşdırmaları başa çatdırdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ünvanlamağı planlaşdırır.
Görünən odur ki, Fransa medalların hazırlanmasında açıq-aşkar saxtakarlığa yol verib. 100-dən çox medalın məhz aşağı keyfiyyətə görə geri qaytarılması digər qənaətləri istisna edir. Onu da əlavə edək ki, əvvəlki olimpiadalarda medalların keyfiyyətindən kütləvi narazılıq heç vaxt qeydə alınmayıb. Beləliklə, Makron Olimpiada sınağından da pis lider kimi çıxıb...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

