Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "İnter" azarkeşi "Barselona" ilə oyun zamanı infarkt keçirib

"İnter" azarkeşi "Barselona" ilə oyun zamanı infarkt keçirib

08.05.2025 [11:30]

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, görüşün final fitinə 15 dəqiqə qalmış Milan təmsilçisinin azarkeşi infarkt keçirib. Xəstəyə dərhal müdaxilə edən həkimlər ürək ritmini bərpa ediblər. O, daha sonra reanimasiya şöbəsinə aparılıb.

Həkimlərin fikrincə, buna fanatın oyun zamanı ağır emosional stres keçirməsi səbəb olub.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edən “İnter” finalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31