Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Sabah”ın futbolçusu: Biz bütün oyunlara qələbə üçün çıxırıq

“Sabah”ın futbolçusu: Biz bütün oyunlara qələbə üçün çıxırıq

19.10.2026 [23:17]

Sabah bizi çətin oyun gözləyir, lakin biz bütün oyunlara qələbə üçün çıxırıq.

AZƏRTAC xəbər verir ki, bunu “Sabah”ın müdafiəçisi Akim Zedadka UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Futbolçu qarşıdakı matçın çətin keçəcəyini desə də, əsas məqsədlərinin öz oyunlarını nümayiş etdirmək olduğunu bildirib:

“Futbolumuzu sərgiləmək, azarkeşlərimizin və ailələrimizin qarşısında əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Rəqibimizin “Borussiya Dortmund” olduğunu bilirik, lakin hər oyunda keyfiyyətlərimizi göstərmək, Çempionlar Liqasından zövq almaq istəyirik. Bilirik ki, çətin oyun olacaq, hamı bunu bilir, lakin biz özümüzə inanırıq və ümid edirik ki, yaxşı oyun alınacaq”.

Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31