/ / “Bakı-2015” Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb
“Bakı-2015” Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb
12.09.2014 [09:56]
“Bakı-2015” Avropa Oyunları Fransanın Milli Olimpiya Komitəsi və Sentez Vous İdman Təşkilatı ilə tərəfdaşlığa başlayıb.
AzərTAc xəbər verir ki, Fransada Sentez Vous İdman Təşkilatı tərəfindən festival təşkil olunur. İdman tədbirinin bayram kimi qeyd edilməsi insanları daha da fəal həyat tərzi sürməyə səsləyir. Sentyabrın 13-dən 21-dək keçiriləcək idman tədbiri bütün Fransanı əhatə edəcək.
Artıq beş ildir ənənəvi olaraq keçirilən tədbir ölkənin Milli Olimpiya Komitəsinin və bütün Fransa idman federasiyalarının dəstəyi ilə məktəblərdə, universitetlərdə və müəssisələrdə qeyd olunur.
Sentez Vous festivalının keçirilməsinin məqsədi idmanı sağlam həyat tərzinin bir hissəsi kimi təbliğ etmək və maarifləndirici seminarlar vasitəsilə daha çox sayda insanı müntəzəm fiziki fəaliyyətlərlə məşğul olmağa həvəsləndirməkdir.
Fransada tədbir ilə bağlı bütün kommunikasiya məsələləri - televiziya reklamı, sosial media və çap məhsulları “Bakı-2015” ilə əlaqələndiriləcək. Festivalda ölkəmizi bu yaxınlarda Nankində yeniyetmələr arasında keçirilən Yay Olimpiya Oyunlarında medal qazanmış 6 idmançı təmsil edəcək. Səid Quliyev (taekvondo, qızıl medal), Teymur Məmmədov, İqbal Hacızadə (güləş, qızıl medal), Cabbar Nəcəfov, Leyla Qurbanova (güləş, gümüş medal) və Nazim Babayev (atletika, bürünc medal) Fransanın Milli İdman və Fiziki Tərbiyə İnstitutuna səfər edəcək və ölkədəki idman tədbirlərinə cəlb olunacaqlar.
Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov Sentez Vous festivalının məqsədinin çoxlu sayda insanı idmanı həyat tərzlərinin əsas hissəsinə çevirməyə həvəsləndirmək olduğunu bildirib. Qeyd edib ki, hazırda ölkəmizdə əhalinin 66 faizini 35 yaşadək olan gənclər təşkil edir. Azərbaycanın gənc nəsli idmana çox həvəs göstərir və biz gələcəkdə bu təşəbbüsü öz ölkəmizdə də təkrar etmək istərdik.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia bildirib ki, biz “Bakı-2015” ilə əməkdaşlıqdan məmnunuq və rəhbərlik etdiyim qurumun dəstəyi ilə Sentez Vous festivalı xalqımızda idmana marağı daha da artıracaq.
BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, sözügedən tədbir qitənin digər ərazilərində də “Bakı-2015” Avropa Oyunlarını təbliğ etməyə imkan yaradacaq. Fransa Avropanın idman sahəsində ən güclü dövlətlərindən biridir. Sentez Vous festivalına dəstək göstərməklə Avropa Oyunları Azərbaycanda sağlam həyat tərzinin daha geniş yayılmasına imkan yaradacaq.
Festivalda 100-dən artıq idman növü təmsil olunacaq. Tədbirdə ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu, basketbolçu Toni Parker və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanmış Lor Manaudou iştirak edəcəklər.
Ənənəvi festival həftənin müxtəlif günlərində, müxtəlif yaş qrupuna daxil olan insanlar üçün təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxHadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06

