Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır

“New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır

29.08.2026 [14:52]

ABŞ Prezidenti Donald Trampın administrasiyası bir neçə solçu qeyri-hökumət təşkilatının, o cümlədən amerikalı milyarder Corc Soros tərəfindən təsis edilmiş xeyriyyə fondları, təşkilatlar və proqramlar şəbəkəsi olan “Açıq Cəmiyyət” fondunun miqyaslı vergi yoxlamasını keçirməyə hazırlaşır. Bu barədə “New York Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ Maliyyə Nazirliyi geniş audit planı hazırlayır və bunun nəticəsində təşkilatlar vergi güzəştlərindən məhrum oluna bilərlər. Bundan əlavə, yoxlamalar əhəmiyyətli cərimələrə səbəb ola bilər. Soros fondu ilə yanaşı, Amerikan-İslam Münasibətləri Şurasına və “Southern Poverty Law Center” hüquq müdafiə təşkilatına da yoxlamalar təhlükəsi yaranıb.

2026-cı ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Soros və oğlunu ölkədəki etiraz aksiyaları zamanı iğtişaşları dəstəklədiklərinə görə məsuliyyətə cəlb etməyə çağırıb. Prezident Donald Tramp, həmçinin Sorosun ABŞ-dəki radikal sol təşkilatların maliyyələşdirilməsində əli ola biləcəyini istisna etməyib və ona qarşı mütəşəkkil cinayətkar qruplar haqqında qanuna (RICO Act) uyğun olaraq tədbirlər görülməsinə çağırış edib. RICO qanunu digər məsələlərlə yanaşı, 20 ilədək azadlıqdan məhrumetmə və maliyyə sanksiyalarını nəzərdə tutur.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31