“Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı rəsmi rəmzləri kimi təqdim edib
26.11.2014 [09:51]
Noyabrın 25-də “Bakı-2015” ilk Avropa Oyunları ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim edib.
“Bakı-2015”-dən AzərTAc-a bildiriblər ki, ceyran və nar Azərbaycanın qürurlu tarixini və ümidverici gələcəyini təcəssüm etdirir. Ceyran və nar “Bakı-2015”in təbliğində brend kimi çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının rəmzinə çevriləcək.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya ceyranı və narı təqdim etməyə olduqca şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Ceyran və nar “Bakı-2015”in rəmzləri kimi Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”.
Qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif edəcək ceyran Oyunların mədəniyyət elçisi olacaq. Ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir.
Azərbaycan folklorunda birliyi tərənnüm edən nar rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq şəhərimizdə geniş nümayiş etdirilib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim rəmzlər ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və keçirilən yarışlarda iştirak edəcək”.
Əməliyyat Komitəsinin kommersiya şöbəsinin direktoru Çarli Viceratna isə rəmzlər barədə fikrini bölüşərək bildirib: “Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik. Ümid edirik ki, ceyran və nar bütün Azərbaycanda məşhurlaşacaq. Biz “Bakı-2015”də Avropanın məşhur idmançılarına ev sahibliyi etməyə hazırlaşırıq. Rəmzlər illüstrasiya kimi yaradılıb, amma tezliklə animasiyalı və real görünüş qazanaraq Avropa Oyunlarının təbliğinin bir hissəsi olacaqlar”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

