Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyinə görə digərlərindən fərqlənəcək
27.01.2015 [09:35]
Yanvarın 25-də Atletlər Kəndində “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların növbəti dinləmələri təşkil olunub.
AzərTAc xəbər verir ki, dinləmələri “Bakı-2015”in ulduz elçiləri, “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal da izləyiblər.
Dinləmələrdə 50-dən artıq gənc iştirak edib və onlar peşəkar komandanın tapşırıqlarını yerinə yetiriblər.
“Bakı-2015”in açılış və bağlanış mərasimlərini hazırlayan “FiveCurrents” şirkətinin baş prodüseri Tom Bisinyano Avropa Oyunlarının 2015-ci ilin ən möhtəşəm tədbiri olacağını deyib və ölkə gənclərini bu yarışın bir hissəsi olmağa dəvət edib.
Tom Bisinyano bildirib ki, Avropa Oyunlarına könüllülərin cəlb olunması prosesi davam edir. “Bakı-2015”in könüllüləri “Facebook”da hazırlanmış xüsusi səhifədə qeydiyyatdan keçməklə bu möhtəşəm tədbirin iştirakçısı ola bilərlər. “Əminliklə deyə bilərəm ki, “Bakı-2015”də könüllü kimi iştirak edəcək şəxslər zəngin təcrübə qazanacaqlar”.
Könüllülərin cəlb olunmasında heç bir yaş məhdudiyyətinin olmadığını vurğulayan Tom Bisinyano “Bakı-2015”də 6 minədək volontyorun iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. “FiveCurrents” şirkətinin baş prodüseri bildirib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyinə görə digərlərindən fərqlənəcək. Bu mərasimlər iştirakçılara unudulmaz anlar yaşadacaq. Xüsusi effektlərdən istifadə isə mərasimlərin yaddaqalan olmasına imkan yaradacaq. Həmçinin bu mərasimlərdə Azərbaycanın tarixi və mədəniyyəti xüsusi olaraq nümayiş etdiriləcək.
“Bakı-2015”in mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: “Mənim dinləməm gözəl keçdi. Dinləmədə iştirak edən hər kəs səmimi və gülərüz idi. Artıq böyük ailənin bir hissəsinə çevrildiyimi hiss edirəm və Avropa Oyunlarının mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.
“Bakı-2015”in ulduz elçiləri Eldar Qasımov və Nigar Camal Avropa Oyunlarında iştirak edəcək könüllülərin tarixin bir hissəsi olacaqlarını, bu oyunların onların gələcək karyeralarına müsbət təsir göstərəcəyini bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25

