“Bakı-2015” ilə “Azersun Holding” və “Bazarstore” arasında rəsmi dəstəkçi müqaviləsi imzalanıb
04.02.2015 [10:16]
Fevralın 3-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə “Azersun Holding” və “Bazarstore” supermarketlər şəbəkəsi arasında rəsmi dəstəkçi müqaviləsi imzalanıb.
AzərTAc xəbər verir ki, “Fairmon Baku” mehmanxanasında təşkil olunan tədbirdə əvvəlcə “Bakı-2015”-ə hazırlıqla bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. Nazir bildirib ki, artıq Avropanın 47 ölkəsində yayımlanan televiziya şirkətləri ilə müqavilələr imzalanıb. Çox sevindirici haldır ki, Avropa Oyunları təkcə qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Bugünkü müqavilə isə Avropa Oyunlarının ölkədə və xaricdə tanıdılması istiqamətində mühüm addım olacaqdır.
Nazir deyib ki, “Azersun Holding”in geniş bazara sahib olduğunu nəzərə alaraq “Bakı-2015”-in loqosunun həmin məhsulların üzərində həkk olunaraq satışa çıxarılmasını təbliğatın bir hissəsi kimi qiymətləndirirəm.
Hər iki şirkətin milyonlarla azərbaycanlının həyatının bir parçasına çevrildiyini diqqətə çatdıran Azad Rəhimov müqavilələrin Avropa Oyunlarının inkişafını davam etdirməyə kömək edəcəyini vurğulayıb.
“Azersun Holding”in baş direktoru Savaş Uzan birinci Avropa Oyunlarının rəsmi dəstəkçiləri olduqları üçün qürur hissi keçirdiyini, çay içməyin ölkə mədəniyyətinin və Azərbaycan qonaqpərvərliyinin vacib bir hissəsi olduğunu bildirib. Qeyd edib ki, holdinqimiz özünün “Azərçay” brendi vasitəsilə “Bakı-2015”-in rəsmi çay tədarükçüsü, həmçinin çay məhsullarının təchizatçısı olacaq.
“Azersun Holding”in ölkəmizdə fəaliyyəti haqqında məlumat verən natiq əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını və Şərqdə ilk demokratik ölkə olan Azərbaycanın bütün dünyaya nümunə göstərilə biləcək şəkildə təşkil edəcəyi Avropa Oyunlarının əhəmiyyətindən danışıb.
“Azersun Holding”in idarə heyətinin üzvü Tahir Gözəl ölkəmizdə idman sahəsində qazanılan uğurlar barədə danışıb. Bildirib ki, artıq Azərbaycanın irimiqyaslı tədbirlərin təşkil olunması istiqamətində böyük təcrübəsi var. “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili “Bakı-2015”-in də yaddaqalan və möhtəşəm keçiriləcəyindən xəbər verir.
Tahir Gözəl qeyd edib ki, “Bazarstore” əhaliyə satış məqsədilə “Bakı-2015”-in bütün rəsmi məhsullarını istehsal etmək hüququna malikdir. Avropa Oyunlarının rəsmi supermarketi kimi “Bazarstore” həmin məhsulların satışını əsas mağazalarında, həmçinin müvəqqəti satış mərkəzlərində və Heydər Əliyev Beynəlxalq Aeroportundakı ticarət obyektlərində həyata keçirəcək. “Bakı-2015”-in brendi ölkəmizdəki bütün “Bazarstore” mağazalarında, şirkətin nəqliyyat vasitələrinin üzərində, mağazadaxili reklamlarda, işçilərin formalarında və müştərilər üçün bazar kisələrində, eləcə də reklam lövhələrində nümayiş olunacaq.
BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bu sazişlər Azərbaycanın iki məşhur şirkətinin və “Azersun Holding”in çox sevilən brendi “Azərçay”ın Avropa Oyunlarına dəstəyi deməkdir. “Azersun Holding” və “Bazarstore”un komandamıza qoşulması ilə “Bakı-2015”-i insanların gündəlik həyatına gətirə biləcəyik”.
Sonra Azad Rəhimov, Savaş Uzan və Tahir Gözəl rəsmi dəstəkçi müqaviləsini imzalayıblar.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Bu müqavilənin bağlanması, “Bazarstore” və “Azersun”un “MacDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, “Sitecore” və “Tickethour” şirkətlərinə qoşulmaları ilə “Bakı-2015” Avropa Oyunlarının 7 rəsmi dəstəkçisi olub. Bundan əlavə, “Azərbaycan Hava Yolları”, bp, “Coca-cola”, “Nar Mobile”, P&G, ARDNŞ və Tissot daxil olmaqla “Bakı-2015”-in yeddi rəsmi tərəfdaşı var.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18

