Hacıqabul birinci Avropa Oyunlarının məşəlini qarşılayıb
06.05.2015 [10:40]
“Bakı-2015” birinci Avropa Oyunlarının məşəlinin növbəti dayanacağı Hacıqabul rayonu olub. Bu münasibətlə keçirilən mərasimə qatılan minlərlə hacıqabullu estafet iştirakçılarını böyük sevinclə qarşılayıb.
AZƏRTAC xəbər verir ki, mayın 5-də birinci Avropa Oyunlarının məşəli Şirvan şəhərindən Hacıqabula gətirilib.
Birinci Avropa Oyunlarının rəmzi qapısında Hacıqabul şəhər 5 saylı tam orta məktəbin şagirdi Əli Rüstəmov məşəli qəbul etdikdən sonra yürüşə start verilib. On məşəlçi 3,9 kilometr məsafədə yürüşə başlayıb. İdmançılar Məhəmməd Əsədov, İsmət Qayıbov küçələri və Heydər Əliyev prospekti boyunca hərəkət etməklə, məşəli şəhərin mərkəzi meydanına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları meydana toplaşanlar hərarətlə qarşılayıblar.
Karate-kobudo idman növü üzrə məşqçi-müəllim Elnur Şəfiyev meydanda quraşdırılmış səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.
Hacıqabul şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi, voleybolçu Ayşən Şükürova Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyevaya təhvil verib.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Hacıqabul rayon təhsil şöbəsinin müdiri Balaxanım Ələsgərova da estafet iştirakçılarını qarşılayanlar arasında idi. O, sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “İlk Avropa Oyunları ölkəmizin iqtisadi, siyasi nüfuzunun növbəti uğuru kimi dünyaya səs salıb. Bir vətəndaş olaraq bundan qürur duyuram. Avropa Oyunlarının məşəli bizim rayonumuza da səyahət etdi. Uşaqdan böyüyə kimi hamı böyük coşqu və hərarətlə qarşılanma mərasiminə qatılıb. İnsanların üzündə fərəh, sevinc var. Bu anı bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Rayon Mərkəzi Xəstəxanasının həkimi Hafiz Bəşirov isə ilk Avropa Oyunlarının məşəlinin Hacıqabula da səfər etməsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirib: “Gördüyünüz kimi, qarşılanma mərasiminə minlərlə sakin qatılıb. Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq nəticələrindən biri kimi hamımızda qürur doğurur. Ona görə də dövlətimizin başçısına, həmçinin Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarıq”.
Hacıqabulda alovlandırılan birinci Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salınıb.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41

