Xocavəndli məcburi köçkünlər “Bakı-2015” məşəl estafetinin unudulmaz sevincini yaşadılar
13.05.2015 [10:23]
Mayın 9-da xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Minlərlə məcburi köçkün əllərində gül-çiçək və bayraqlar “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini şəxsən yaşamaq üçün qəsəbənin küçələrinə axışırdı.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında 320 ailəlik qəsəbədə böyük coşqu və alqış sədaları ilə qarşılanıb. Alov estafetini Xocavənd rayonundan olan məşəlçi - sambo, döyüş sambosu, əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov qəbul edib. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlanıb. On nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı meydanına gəlib. Yol boyu düzülən xocavəndlilər estafet iştirakçılarını hərarətlə qarşılayıblar.
Alov estafetinin sonuncu iştirakçısı - qarışıq döyüş növləri və döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə qaldırıb. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucalıb. Səmaya sülh göyərçinləri və şarlar buraxılıb. Məşəlin alovu ilə yandırılan çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli rayon ictimaiyyətinə təqdim edib. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Salakətin kənd tam orta məktəbin müəllimi Telli Alıyeva təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün birinci Avropa Oyunlarının məşəli Xocavənd qəsəbəsində alovlanmağa başladı. Bu, 20 ildən çox köçkün həyatı yaşayan xocavəndli məcburi köçkünlər üçün böyük hadisədir. Məşəlin qəsəbəmizə gəlməsi ilə xocavəndlilərin ürəyində heç vaxt sönməyən ümid məşəli daha da alovlandı. İnanırıq ki, hazırda erməni işğalı altında olan ata-baba torpaqlarımız azad ediləcək, belə möhtəşəm mərasimləri orada da keçirə biləcəyik”.
Qəsəbə sakini Məhərrəm Nəsirov isə fikirlərini belə ifadə edib: “80 yaşım var. Yaşadığım illər ərzində çox hadisələrin şahidi olmuşam. Ancaq bu gün yaşadığım sevinc və keçirdiyim qürur hissi bambaşqadır. İnanıram ki, irəlidə xalqımızı hələ çox-çox fərəh doğuracaq günlər gözləyir. Avropa Oyunlarının məşəlinin qəsəbəmizə də gəlməsi biz köçkünləri çox sevindirdi. Bu anı bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarıq”.
Alqışların ucaldığı və məşəlin şəfəq saçdığı meydan insanların sabaha olan dərin inamından xəbər verirdi. Çox keçməz ki, bu gün Xocavənd qəsəbəsində şölələnən bu məşəl Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad ediləcək yurd yerlərində də alovlanar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

