Mançester Yunayted Yay Futbol Məktəbinin növbəti mərhələsinə start verilib
04.06.2015 [09:10]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) üçüncü Mançester Yunayted Yay Futbol Məktəbi layihəsinin təlim-məşq toplanışlarına start verib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, yay futbol məktəbinin məqsədi paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir. Məktəbə qəbul üçün Gəncə, Qax, Xaçmaz, Sumqayıt və Bakıda təşkil olunmuş seçimlərdə 965 uşaq iştirak edib. Seçim prosesi AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mik Benet (Mick Bennett) tərəfindən həyata keçirilib. Seçimdən müvəffəqiyyətlə keçən 34 nəfər gənc iyunun 1-dən 5-dək Bakıda “Bayıl Arena” stadionunda təşkil olunan təlim-məşq toplanışlarında iştirak edirlər. Təlimlərə “Mançester Yunayted” klubunun Azərbaycana ezam olunmuş məşqçiləri Qarvey Luiz və Ollieuz Kristofer rəhbərlik edirlər.
“Üçüncü dəfədir ki, AFFA və “Mançester Yunayted” ilə birlikdə Mançester Yunayted Yay Futbol Məktəbini təşkil edirik. Bu il seçimlərdə iştirak edən uşaqların sayı ötən ildəkindən təxminən 300 nəfər artıqdır və bu sayın ildən-ilə artması layihənin uğurlu olmasından xəbər verir. Bu il seçilən uşaqlar arasında elələri var ki, onlar ikinci və hətta üçüncü dəfədir ki, seçimdə iştirak edir və müvəffəqiyyətlə növbəti mərhələyə keçirlər. Bu o deməkdir ki, insanlar seçim prosesinin şəffaflığına və məktəbin effektivliyinə etibar edirlər. Hazırda məktəbimizin məzunlarının 80 faizdən çoxu perspektivli klubları təmsil edir, digərləri isə müxtəlif maraqlı təkliflər alırlar. Onlardan biri bu il “U-13” Liqasında ən yaxşı oyunçu adına layiq görülüb, başqa bir iştirakçının isə “Fenerbahçe” klubunda çıxış edəcəyi gözlənilir. Azərbaycanlı uşaqların futbol sahəsindəki uğurları bizi sevindirir”, - deyə “Bakcell”in baş marketinq direktoru Mariya Toyçeva bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədov isə “Mançester Yunayted” kimi təkcə Avropada deyil, bütün dünyada tanınmış bir brendin Azərbaycanda olmasını çox müsbət hal kimi dəyərləndirib. “Bu layihə artıq üçüncü ildir ki, uğurla həyata keçirilir. Futbola həvəsi olan, yaşıdlarından öz istedadları ilə seçilən 30-dan artıq uşağın əvvəlcə Bakıda toplanışda olması, sonra onların arasından bir neçə nəfərin seçilərək İngiltərəyə - Mançester Yunayted Yay Futbol Məktəbinə göndərilməsi həmin uşaqların peşəkar futbol mühitinə doğru inamlı addım atmasına münbit şərait yaradıb. Bu layihədən bir müddət sonra Bakıda daimi fəaliyyət göstərən Mançester Yunayted Futbol Məktəbinin öz işinə başlamasını da yüksək qiymətləndiririk. İnanırıq ki, bu əməkdaşlıq və uğurlu layihələr sayəsində istedadlı uşaqların peşəkar futbolçu kimi yetişməsi istiqamətində müsbət nəticələr əldə edə biləcəyik”, - deyə AFFA-nın baş katibi vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

