/ / Fransanın məşhur idman saytında birinci Avropa Oyunlarına həsr olunan fotosərgi haqqında məlumat yerləşdirilib
Fransanın məşhur idman saytında birinci Avropa Oyunlarına həsr olunan fotosərgi haqqında məlumat yerləşdirilib
21.06.2015 [13:53]
Fransanın məşhur idman saytında /http://www.francsjeux.com/2015/06/08/lazerbaidjan-sexpose-a-paris/20175/ Parisdə keçirilən, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan fotosərgi haqqında məlumat yerləşdirilib. Məlumatda deyilir: “Azərbaycanı tanımaq, onun idman mədəniyyətinə və buradakı insanların fiziki aktivlik sevgisinə yaxından bələd olmaq imkanı yalnız Bakıya Avropa Oyunları üçün gələn qonaqlara verilməyəcək.
Bu ölkə ilə yaxından tanış olmaq üçün heç də uzaq məsafə qət etmək lazım deyil. Belə ki, “Azərbaycan: idman diqqət mərkəzindədir” adlı fotosərgi artıq bir neçə aydır Avropanı gəzib-dolaşmaqdadır. O, hazırda Parisdəki “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.
Sərgiyə çıxarılan 65 fotoşəkil Azərbaycanda idmanın nə dərəcədə geniş əhatəli və çoxşaxəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.
Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olmuşdu. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII Fotoqrafiya Agentliyinin həmtəsisçisi, amerikalı Ed Kaşi, portret mütəxəssisi, almaniyalı Filip Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafatlara layiq görülmüş azərbaycanlı Ağdəs Bağırzadə.
Seçim geniş və çətin idi. Münsiflər heyəti qızğın müzakirələrdən sonra üç qalibi müəyyən etdi. Onların adları fevralın 27-də Londondakı “OXO” qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi “Zirvəyə doğru” fotoşəkil müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunur.
İkinci yerə fransız fotoqrafı Pol Robion layiq görülüb. O, Rio-de-Janeyronun “Inapema Beach” çimərliyində çəkdiyi futbolçuların şəklini təqdim etmişdi.
Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilmişdi. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. Fotoşəkil “Yekun təlimatlar” adlanır”.
Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin saytında (www.teas.eu) “Bakı-2015” I Avropa Oyunlarına həsr edilən bölmədə baxmaq olar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

