/ / Yaşar Bəşirov: Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar
Yaşar Bəşirov: Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar
08.07.2015 [10:00]
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında uğurla çıxış edərək yeni tarix yazdılar. Karateçilərimizin əldə etdikləri nailiyyət gözlədiyimizdən də yüksək oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 7-də Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan mətbuat konfransında deyib.
Bildirib ki, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan öz qüdrətini bütün dünyaya göstərdi. Yüksək səviyyədə təşkilatçılıq, möhtəşəm açılış və bağlanış mərasimləri, qitənin 6 mindən artıq güclü atletinin ölkəmizdə birincilik uğrunda mübarizə aparması dünyanın diqqətini məhz paytaxtımıza yönəltdi. İdmançılarımız isə uğurlu çıxışları ilə onlara göstərilən etimadı doğrultdular.
İlk Avropa Oyunlarında birinci medalı komandamıza karateçi İlahə Qasımovanın qazandırdığını bildirən Y.Bəşirov millimizin 56 medalla komanda hesabında ikinci olmasını böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı atletlərin beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməsinə təkan verir. Onlar da bu qayğını həmişə öz üzərində hiss edirlər.
Federasiya prezidenti idmançıların birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, karateçilərimiz həmişə Vətəndən kənarda təşkil olunan irimiqyaslı turnirlərdə uğurla çıxış edib himnimizi səsləndiriblər. Bu dəfə isə onları daha böyük məsuliyyət gözləyirdi. Karateçilərimiz doğma Vətənimizdə keçirilən birinci Avropa Oyunlarında da uğurla çıxış edərək Azərbaycan bayrağını 6 dəfə ucaltdılar. Bu uğurda azarkeşlərin dəstəyini də unutmaq olmaz.
Birinci Avropa Oyunlarının standartlarının Azərbaycanda müəyyənləşdiyini bildirən Gənclər və İdman Nazirliyinin sektor müdiri Mirkamil Rəhimov bu standartların yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ikinci Avropa Oyunlarına ev sahibliyi etməyə bir neçə ölkə namizəddir. Ancaq birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili onları seçimlərində götür-qoy etməyə vadar edir. Ölkəmizdə bütün sahələrin, o cümlədən idmanın da inkişaf etdiyini vurğulayan sektor müdiri deyib: “Birinci Avropa Oyunlarının mükəmməl təşkili ölkəmizin qüdrətini dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaradılan idman infrastrukturu və arenalar irimiqyaslı yarışların təşkili üçün ideal məkandır”.
Karate üzrə Azərbaycan milli komandasının məşqçisi Rəhman Hətəmov bildirib ki, federasiyamız birinci Avropa Oyunları ərəfəsində idmançılarımızın 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanacağını proqnozlaşdırırdı. Gərgin keçən hazırlıqlar və komanda işi nəticəsində karateçilərimiz ümidləri doğruldaraq daha yüksək uğura nail oldular. Bu, böyük uğurdur. Bizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizə təşəkkürümü bildirirəm. Karate ölkəmizdə populyar idman növüdür. 2020-ci ildə paytaxtımız 55-ci Avropa çempionatına ev sahibliyi edəcək. Yeniyetmə və gənc karateçilərimizi payızda ciddi sınaq - İndoneziyada keçiriləcək dünya çempionatı gözləyir. Komandalarımız mundialın hazırlığına artıq start verib.
Birinci Avropa Oyunlarında fərqlənən atletlərimiz isə karatenin qeyri-Olimpiya idman növü olmasına baxmayaraq, onun dövlətimizin başçısının təşəbbüsü ilə mötəbər yarışın proqramına salındığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildiriblər. İdmançılarımız “Bakı-2015”in medalçıları sırasında yer aldıqları üçün xoşbəxt olduqlarını və güclü dəstəyə görə xalqımıza minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, birinci Avropa Oyunlarının karate yarışlarında Firdovsi Fərzəliyev, Rafael Ağayev, Ayxan Mamayev, İrina Zaretska qızıl, İlahə Qasımova və Niyazi Əliyev bürünc medal qazanıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

