Almaniya Olimpiya Komitəsinin baş katibi: İdmanı siyasiləşdirmək olmaz
09.07.2015 [09:25]
Almaniya Olimpiya Komitəsinin baş katibi Mixael Fesper Bakıda keçirilən birinci Avropa Oyunlarını uğurlu adlandırıb və almaniyalı idmançıların çıxışlarından məmnun qaldığını bildirib.
O deyib: “Birinci Avropa Oyunları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində idmançıların güclərini sınamaq üçün bir növ laboratoriya olub. İdmançılarımız Atletlər Kəndində bir yerdə yaşayıblar. Bu, onları bir-birinə yaxınlaşdırıb, onlarda komanda ruhunu, Olimpiya ruhunu möhkəmləndirib. İndi onlar gələn il Rio-de-Janeyroda və ola bilsin, hətta 2020-ci ildə Tokioda bir yerdə olmaq istəyəcəklər”.
Birinci Avropa Oyunlarında 16 qızıl, 17 gümüş və 33 bürünc medal qazanan Almaniya ümumi hesabda dördüncü yerdə qərarlaşıb. M.Fesperin fikrincə, hələlik Olimpiya Oyunları üçün ənənəvi olmayan, məsələn, sambo və karate kimi bəzi idman növlərinin Avropa Oyunlarına daxil edilməsi bu Oyunların maraqlı cəhəti olub.
Almaniya Olimpiya Komitəsinin baş katibi deyib: “Bakıda birinci Avropa Oyunları müxtəlif millətlərdən olan insanları birləşdirən, onları heyran qoyan hadisədir”.
Onun fikrincə, idman inteqrasiya, əməkdaşlıq, sülhün möhkəmləndirilməsi, ayrı-seçkiliyin aradan qaldırılması vasitələrindən biridir, qlobal miqyaslı hərəkatdır. Odur ki, idmanı siyasətlə əlaqələndirmək olmaz. M.Fesper Almaniya mətbuatında çıxışlarından birində birmənalı şəkildə idmanın siyasiləşdirilməsinin əleyhinə çıxış edib.
İdman məmuru hazırda bir-biri ilə münaqişə vəziyyətində olan ölkələrin idmançılarının Atletlər Kəndində bir yerdə yaşamasını idmanın yaxınlaşdırıcı qüdrətini göstərən nümunələrdən biri adlandırıb.
Ölkəsinin atletlərini “tolerantlıq və ədalət elçiləri” adlandıran M.Fesper bildirib ki, almaniyalı idmançıların hansısa müəyyən şərtlər əsasında Bakıya göndərilməsi ilə lap əvvəldən razılaşmayıb.
O bildirib ki, bu Oyunlar Azərbaycan üçün mühüm mərhələyə çevrilib və onların yüksək səviyyədə keçməsi üçün ölkə mümkün olan hər şeyi etməyə çalışıb. Oyunlara ictimai maraq çox yüksək olub, ölkədə həqiqi Olimpiya ab-havası hökm sürüb.
Şimali Reyn-Vestfaliya federal əyalətinin keçmiş idman naziri M.Fesper Almaniya Olimpiya Komitəsinə 2006-cı ildən başçılıq edir. O, Azərbaycan ictimaiyyətinin yadında Avropa Oyunları ərəfəsində Almaniyanın “sport1” portalına müsahibəsində prinsipiallıq nümayiş etdirməsi və bəzi qərəzli deputatların Azərbaycanın ünvanına tənqidini dəstəkləməməsi ilə qalıb. O vaxt o, guya bu Oyunların Azərbaycana öz reytinqini qaldırması üçün lazım olması barədə fikri təkzib edib. Baş katib qeyd edib ki, əslində, beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün namizədliyini irəli sürən bütün ölkələr istisnasız olaraq öz reytinqi barədə düşünürlər. O, həmçinin xatırladıb ki, Azərbaycan gənc postsovet ölkəsidir. Zora söykənən ittifaq dövlətindən azad olandan sonra yetkin demokratiyaya doğru yolu özü qət etməlidir. Bu proses nadir hallarda asan və sürətli olur. Bundan əlavə, jurnalistin Azərbaycanın problemləri barədə sualına cavabında ədalətli şəkildə xatırladıb ki, belə genişmiqyaslı tədbirlər dövləti həmişə KİV-lərin diqqət mərkəzinə çevirir. Oyunlar başqa bir ölkədə keçirilsə idi, Almaniya mətbuatı bu problemləri, çətin ki, yada salardı.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21

