Avropa və Beynəlxalq Ədalətli Oyunlar qurumlarının birgə konqresində 28 məruzə dinləniləcək
08.10.2015 [10:03]
Oktyabrın 8-dən 11-dək Bakıda keçiriləcək Avropa Ədalətli Oyunlar Hərəkatının və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin birgə konqresində, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyasında və ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində 80-dək idman mütəxəssisi iştirak edəcək. Konqres iştirakçılarına 28 məruzə təqdim olunacaq. Məruzələrin mövzusu yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanıb. ədalətli oyunlar üzrə mükafatlandırma mərasiminin də Bakıda təşkil olunması çox əlamətdar hadisədir. İdmançıların namizədliyi AƏOH və Avropa Olimpiya Komitəsinin birgə razılığı ilə irəli sürülür və seçilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AƏOH-nın prezidenti Kristian Hinterberqer mötəbər tədbirlərlə bağlı oktyabrın 7-də təşkil olunan mətbuat konfransında deyib.
Ədalətli oyunlar prinsipinə əsaslanan tədbirlərin Azərbaycanda təşkil olunmasını tarixi hadisə kimi dəyərləndirən Kristian Hinterberqer konqresdə maraqlı mövzuların müzakirə olunacağını diqqətə çatdırıb. Cari ilin iyununda Azərbaycanın birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan AƏOH prezidenti “Bakı-2015” zamanı ədalətli oyunlar prinsipinə əsaslanan məqamların kifayət qədər çox olduğunu diqqətə çatdırıb. K.Hinterberqer deyib: “Buna ilk Avropa Oyunlarının sambo və batut üzərində tullanma yarışlarını misal göstərmək olar. “Bakı-2015” kimi mötəbər yarışdan sonra Azərbaycanın ədalətli oyunlara həsr olunmuş tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm. İnanıram ki, Bakıda keçirilən digər tədbirlər kimi, konqres də yüksək səviyyədə təşkil olunacaq”.
Ardıcıl 5 Olimpiya Oyunlarında iştirak etdiyini diqqətə çatdıran Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin rəhbəri Yeno Kamuti birinci Avropa Oyunlarının yeni standartlar müəyyənləşdirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, “Bakı-2015” Olimpiya Oyunları ilə eyni, bəzi məqamlarda isə daha yüksək səviyyədə keçirilməsi ilə yadda qaldı. Bakıda təşkil olunan qitə Oyunları bütün dünyanın idman nəbzinin Azərbaycanda döyünməsinə şərait yaratdı və diqqəti paytaxtınıza yönəltdi.
Rəhbərlik etdiyi qurum haqqında məlumat verən E.Kamuti ədalətli oyunlar üzrə mükafatlandırma mərasimində könüllülərin yer almasının vacibliyini diqqətə çatdırıb. Deyib ki, könüllülərin iştirakı olmadan heç bir irimiqyaslı yarışı təşkil etmək mümkün deyil. Məhz bu baxımdan könüllülərin əməyi layiqincə dəyərləndirilməlidir. O, bununla əlaqədar müəyyən qurumlara, o cümlədən Avropa Olimpiya Komitəsinə də müraciət etdiyini bildirib.
Konqresin əsas mövzusunun “Rəqabətli idmanda ədalətli oyun - real və ya ideal” olduğunu qeyd edən tədbirin Təşkilat Komitəsinin nümayəndəsi Səlhət Abbasova deyib ki, ilk Avropa Oyunlarından sonra belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük maraqdan xəbər verir. O vurğulayıb ki, konqres zamanı dinləniləcək 28 məruzədən 8-ni yerli mütəxəssislər təqdim edəcək. Həmçinin tədbirdə Olimpiya və Ədalətli Oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti, korrupsiyaya, saxta və ümidsiz matçlara qarşı mübarizə, idman dəyərlərinin və etikasının qorunmasında formal və qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
Gündəm
31 Avqust 13:08
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07

